"İfadə azadlığı və medianın məsuliyyəti" mövzusunda konfrans

İyulun 28-də Beynəlxalq Mətbuat Mərkəzində Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF), "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin və Avropa Qəzetəçilər Birliyinin (AQB) birgə təşkilatçılığı ilə "İfadə azadlığı və medianın məsuliyyəti" mövzusunda konfrans keçirilmişdir.
Konfransın məqsədi qloballaşan dünyada ifadə azadlığının hazırkı vəziyyəti, medianın məsuliyyəti ilə bağlı məsələləri, eyni zamanda, mətbuatın inkişafına təsir göstərən siyasi institutların, transmilli korporasiyaların, güc mərkəzlərinin müdaxiləsi nəticəsində yaranan problemləri müzakirə etməkdir.
BAMF-ın sədri Umud Rəhimoğlu konfransın əhəmiyyətindən danışmış, mövzu haqqında məlumat vermişdir.
Mətbuat Şurasının sədri Əflatun Amaşov ifadə və söz azadlığının əhəmiyyətini vurğulayaraq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında azad medianın əhəmiyyətini diqqətə çatdırmışdır. Azərbaycanda jurnalistikanın inkişafı və bu sahədə görülən işlərdən danışan Ə.Amaşov son vaxtlar aktuallaşan onlayn jurnalistikanı da inkişaf etdirməyin vacibliyini vurğulamışdır.
Milli Məclisin deputatı, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri Qənirə Paşayeva mətbuat və medianın, söz və ifadə azadlığının hər bir cəmiyyətin həyatında mühüm rol oynadığını qeyd etmişdir. Bildirmişdir ki, elektron media və virtual aləmin genişlənməsinin mətbuat üçün həm mənfi, həm də müsbət cəhətləri vardır. Onlayn vasitələrlə qeyri peşəkarların da bu sahəyə cəlb olunması arzuedilməz hal olsa da, peşəkar jurnalistlərin daha geniş kütləyə informasiya çatdırması müsbət amil kimi qiymətləndirilə bilər.
Beynəlxalq aləmdə jurnalistikanın vəziyyətinə toxunan deputat cəmiyyətin jurnalistikaya etimadının azaldığını diqqətə çatdırmışdır.
Konfransa dəvət olunmuş AQB-nin sədri Adnan Fişenk və Beynəlxalq Mətbuat İnstitutunun konfranslar və hadisələr üzrə meneceri xanım Melisa Miletik mətbuat və söz azadlığının əhəmiyyətindən danışaraq Azərbaycan həqiqətlərinin Avropa və beynəlxalq aləmə çatdırılması istiqamətində təmsil etdikləri qurumların gördüyü işlərdən danışmışlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında