Rusiya Dəniz Qüvvələri komandanı: "Suriyanın Tartus limanındakı hərbi bazadakı heyəti istədiyimiz vaxt təxliyyə edə bilərik"

Rusiya Suriyanın Tartus limanında yerləşən hərbi bazasına hücum olunacağı təqdirdə şəxsi heyəti təxliyyə edə biləcək. 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Dəniz Qüvvələri komandanı Viktor Çirkov "Exo Moskvı" radiosuna açıqlamasında bildirib: "Tartus limanında yerləşən hərbi bazada olan şəxsi heyətin təxliyyəsi ilə bağlı qərarı təkcə mən vermirəm. Məsələ ilə bağlı Ali Baş Komandan, Rusiya Prezindentinin əmri gərəkdir. Lakin biz, istədiyimiz vaxt hərbi hissədə olan şəxsi heyəti təxliyyə edə biləcək vəziyyətdəyik".
Qeyd edək ki, dünən Rusiya Silahlı Qüvvələri Baş Qərargahından verilən açıqlamada Suriyanın Tartus limanında yerləşən Rusiya Hərbi Dəniz Donanmasına müxalifət qüvvələrinin hücum edəcəyi təqdirdə Rusiyanın qarşılıq verəcəyi barədə Suriya müxalifətinə xəbərdarlıq edildiyi bildirilib: "Əgər Suriyanın silahlı müxalifət qrupları Rusiyanın hərbi bazasına hər hansı bir təhlükə törədərsə və ya hücüm edərsə, Rusiya bölgədə bu hücumlara və təhlükəyə cavab verə biləcək gücdədir. Ona görə də Suriya müxalifətinə belə bir fəsad törətməyi məsləhət görmürük".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında