Uruqvay-Azərbaycan parlamentlərarası dostluq qrupu yaradılmışdır

Uruqvay Şərq Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin vitse-prezidenti, Baş Assambleyanın və Senatın sədri Danilo Astori ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Azərbaycanın inkişaf perspektivləri, xarici siyasət prioritetləri, regional və beynəlxalq siyasətdə tutduğu mövqeyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, habelə Azərbaycan-Uruqvay münasibətlərinin hazırkı vəziyyəti, xüsusilə də iqtisadi sahədə geniş əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılmışdır.
Parlamentlərarası əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayan E.Məmmədyarov hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının yaradılmasının, habelə qarşılıqlı səfərlərin davam etdirilməsinin əhəmiyyətini xüsusi qeyd etmişdir.
Sonra nazir Uruqvay Nümayəndələr Palatasının sədri Jorge Orrico ilə görüşmüşdür. Görüşdə Uruqvay parlamentində Azərbaycan ilə yenicə yaradılmış dostluq qrupunun üzvləri də iştirak etmişlər.
Nümayəndələr Palatasının sədri Uruqvay parlamentinə Azərbaycandan ilk dəfə yüksək səviyyəli nümayəndə heyətinin gəlməsindən məmnunluğunu bildirmiş və ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin genişləndirilməsi üçün geniş potensialın olduğunu vurğulamışdır.
E.Məmmədyarov iki ölkə arasında əlaqələrin inkişafı, xüsusilə də xalqların bir-birinə yaxınlaşdırılmasında parlamentlərarası əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd etmişdir. Nazir Uruqvay parlamentində Azərbaycan ilə dostluq qrupunun yaradılmasını ikitərəfli münasibətlərdə tarixi hadisə kimi qiymətləndirmişdir.
Görüşdə ötən il bir qrup uruqvaylı deputatın Azərbaycana səfərinin əhəmiyyəti və bu kimi səfərlərin davam etdirilməsinin vacibliyi qeyd edilmişdir.
Sonda Uruqvay parlamentində Uruqvay-Azərbaycan dostluq qrupunun yaradılması ilə bağlı Akt imzalanmışdır.
Aktı Uruqvay tərəfdən Nümayəndələr Palatasının sədri Jorge Orrico, beynəlxalq əlaqələr daimi komissiyasının sədri Xaime Trobo və Senatın beynəlxalq əlaqələr daimi komissiyası adından senator Karlos Baraiber, Azərbaycan tərəfdən isə nazir Elmar Məmmədyarov və səfir Məmməd Əhmədzadə imzalamışlar.
Uruqvay parlamentinin deputatları Felipe Carballo, Jose Carlos Mahia, Raul Olivera, Jaime M. Trobo, Jose Carlos Cardoso, Mario Silvera, German Cardoso, İvan Posada, senator Tabare Vieradan ibarət bu dostluq qrupunun məqsədi Azərbaycan ilə Uruqvay arasında bütün sahələrdə əməkdaşlığı təşviq etməkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında