"Milyonçu ol!" depozit kampaniyasının qalibi müəyyən olundu

Martın 18-də "Azad Azərbaycan" telekanalının birbaşa efirində "Unibank" ASC "Milyonçu ol!" depozit kampaniyasının pul mükafatının uduşunu keçirdi.
Qalib "Milyonçu" əmanətinin sahibləri arasından təsadüfi kompyuter seçimi üsulu ilə müstəqil müşahidəçilərin və Bankın auditorunun nəzarəti altında seçilmişdir. Bu, Bankın Mərkəzi ofisində 2009-cu il iyunun 1-də (müqavilə N-si D0005207) birillik müddətin "Milyonçu" depoziti açan Elvina Rzayevadır. Yatırdığı əmanətin məbləği üzrə sərfəli faiz gəlirlərindən əlavə, o, üstəlik "Unibank"dan 150 minlik pul mükafatını da qazandı.
"Milyonçu ol!" depozit kampaniyası Bank tərəfindən ötən ili mart ayının 30-dan iyul ayının 31-dək, xüsusi olaraq fərdi əmanətçilər üçün onlara sərfəli olan şərtlərlə keçirilirdi. Pul mükafatının uduşunda iştirak etmək üçün 1000 AZN, ABŞ dolları və ya avrodan az olmayan məbləğdə əmanət yatırımı həyata keçirmək və depoziti mükafatın oynanıldığı ana - 2010-cu il mart ayının 18-ə qədər hesabda saxlamaq lazım idi. "Milyonçu" depozitində olan hər 1000 AZN, ABŞ dolları və ya avro "Unibank" tərəfindən qələbəyə 1 şans kimi nəzərdən keçirilirdi.
Xatırladaq ki, mükafatın məbləği depozit aksiyasının keçirildiyi müddət ərzində cəlb edilən əmanətlərin məcmu həcmindən asılı olduğundan, "Unibank" onun zəmanət verilmiş məbləğini 150 min AZN səviyyəsində müəyyən etmişdir. Lotereya aksiyasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçirilmiş qaydalarına əsasən, kampaniyanın qalibinə pul mükafatı uduşun keçirildiyi gündən sonrakı 30 gün ərzində ödəniləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında