Şriftin ölçüsü:
28.07.2012 03:36 | Oxunma sayı: 613
Həmin dövr rus - erməni tandeminə dair faktlar Yeliseyevin xatirələrində əksini tapıb: "Aprel ayının ortalarında Vanda baş verən hadisələr haqqında məlumat aldıqdan sonra ordu komandanı 4-cü Qafqaz erməni korpusunu gücləndirdi. Van şəhərinin tutulmasında əsas rolu general Nikolayevin Ararat dəstəsi oynadı..." Rusiya ilə müharibə aparan Osmanlı imperiyasında rəhbərlik öz arxa cəbhəsində belə tandemin möhkənlənməsinə yol verə bilməzdi. Ermənilər Rusiya lehinə mövqe tutaraq onların Türkiyə ərazisində irəliləmələrinə yardım etdilər. Bunun sübutu "Erməni carçısı" jurnalının baş redaktoru Karen Mikaelyanın cəsarətli fikridir: "Ermənilər Rusiya ekspansivliyinin cənub istiqamətdə irəliləməsində vasitəçi olmuşdurlar... ermənilər sionistlərin onlara məsləhət gördükləri kimi, Osmanlı imperiyasına münasibətdə loyallığını saxlamağın mümkünlüyünə baxmayaraq, Rusiya lehinə mövqe tutmağa üstünlük verdilər".
{nl}
Hətta V. Çörçill öz "Dünya böhranı" kitabının 18 fəslində bu aspekti diplomatik yanaşma ilə əks etdirmişdir: "Türklər Türkiyənin şərq vilayətlərində yaşayan erməniləri Rusiya casusları və agentləri qismində fəaliyyət göstərməkdə, onlar, Türkiyə rabitə xətlərinə hücum etməkdə təqsirləndirirdilər. Bütün ehtimallarla, bu iddialar ədalətli idi". Yuxarıda qeyd olunmuş faktlar ermənilərin deportasiya olunmağa türkləri özləri təhrik etdiklərini sübut etmirmi? Darfurda olduğu kimi Osmanlı imperiyasının erməniləri deportasiya etməsində əsas məqsəd türklərin əleyhinə erməni - rus tandeminin yaranmasının və türk silahlı qüvvələrinə silahlı əks hücumun qarşısını almaq idi - soyqırım törətmək deyildi.
Xəbərdar olmaq niyyət deyil
Xüsusi niyyət elementinin təfsiri bir sıra tənqidlərə məruz qalmışdır. Sadə sıravi əsgər soyqırımı məqsədi olmadan əmrləri yerinə yetirirsə bu halda hakimlərin ciddi problemləri yarana bilər. Hakim sadə əsgərə xüsusi niyyət sübutunun yetərsizliyindən bəraət verməli və ya məcburən şübhəli faktlara əsaslanaraq onu təqsirləndirməlidir? Bu çətinliklər bəzi şərhçilərin xüsusi niyyətə alternativ termin axtarışlarını davam etdirməsinə səbəb olmuşdur. Məşhur hüquqşünas Qrinavalt təklif etmişdir ki, əgər hər hansı bir təqsirləndirilən şəxs, hansısa vəziyyətdə soyqırım törətməkdə təqsirləndirilirsə, xüsusi niyyət tələbləri təmin edilmiş sayılır. Bu zaman kompaniyanın yeganə məqsədi və əsas nəticəsi insan qrupunun tam və ya qismən məhv edilməsini bildikdən sonra da onu davam etdirmək olmalıdır. Bu, necə deyərlər, "biliklərə əsaslanmış" yanaşmadır.
Lakin bu yanaşma beynəlxalq cinayət tribunallarının təcrübəsində dəstəklənməmişdir. Krstiç işində YBCT qeyd etmişdir ki, hər icraçı ayrılıqda belə niyyətə malik olmalıdır və konvensiya "məqsədlərə əsaslanmış" yanaşma tələb edir. İcraçıların hər birində xüsusi niyyət mövcudluğuna dair bu israr soyqırımda təqsirləndirməyə görə beynəlxalq tribunalların təcrübəsində standart tələb kimi qalmaqda davam edir. Bu yanaşma konvensiyanın cinayət niyyətlərinin ən ali dərəcəsinə məxsus şəxslərin soyqırımda təqsirləndirilməsi məqsədlərini daha ədalətli əks etdirir. Tələt Paşa və Ənvər Paşa öz əsgərlərinin hərəkətlərindən xəbərdar olsalar belə, xüsusi niyyətə malik olmadıqlarından soyqırımı törətməkdə təqsirləndirilə bilməzlər.
Sonda Massaçusets Universitetinin məşhur alimi Günter Levinin bu problemlə əlaqədar fikirlərini veririk:
"Soyqırımı cinayətinin tərifi ilk olaraq BMT tərəfindən "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında konvensiya" qəbul olunduqdan sonra verilmişdir. Ümumilikdə, bu tərif müəyyən qrupun dini, etnik və ya irqi prinsiplərə əsasən tam və ya qismən bilərəkdən məhv edilməsini nəzərdə tutur. Əgər bu tərifi verilmiş kontekstdə tətbiq etsək, fikirləşirəm ki, həmin dövrdə baş vermişləri soyqırımı adlandırmaq olmaz. Mənim fikrimcə, niyyət erməni xalqını qırmaq olmayıb. Çox guman ki, onları "beşinci kolon" kimi köçürmək və ya neytrallaşdırmaq niyyəti güdülüb".
{nl}
Orxan HACIYEV, "Queen Mary, University of London" Universitetinin beynəlxalq hüquq fakültəsinin magistri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.