Nəzrin Əfəndiyeva: Qəbələ festivalı musiqi vasitəsilə mədəniyyətlərarası dialoqa öz töhfəsini verir

Bundan əvvəl Qəbələdə keçirilmiş üç beynəlxalq musiqi festivalı haqqında eşitmişdim. Bu füsunkar diyara gəlməyi, festivalın iştirakçısı olmağı çox arzulayırdım. Nəhayət, arzuma çatdım. Deməliyəm ki, festival çox yüksək səviyyədə təşkil olunmuşdur.
Bu sözləri jurnalistlərə müsahibəsində festivalın iştirakçısı, dahi bəstəkar Fikrət Əmirovun Belçikada yaşayan nəvəsi, beynəlxalq müsabiqələr laureatı, gənc pianoçu Nəzrin Əfəndiyeva demişdir.
O, builki festivalın proqramına əlavə edilmiş bir yeniliyi, dahi musiqiçilərin, o cümlədən babası Fikrət Əmirovun yubiley tədbirinin keçirilməsini çox bəyəndiyini bildirmişdir. "Burada biz bir daha Azərbaycan mədəniyyətinin, musiqisinin ecazkarlığının şahidi olduq. Həmçinin əcnəbi musiqiçilərin bu möhtəşəm incəsənət bayramında iştirakı və müxtəlif millətlərdən olan bəstəkarların əsərlərinin səsləndirilməsi baxımından onu deyə bilərəm ki, Qəbələ festivalı həm də musiqi vasitəsilə mədəniyyətlərarası dialoqa öz töhfəsini verir".
Pianoçu N.Əfəndiyeva səhnədə çıxışı zamanı tamaşaçıların musiqi əsərlərindən böyük zövq almasından xüsusilə məmnun olduğunu söyləmişdir. O, babasının yubileyi münasibətilə təşkil olunmuş konsertdə muğam incilərinin simfonik musiqi ilə uğurlu sintezini çox yüksək qiymətləndirmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında