Buenos-Ayresdə Argentina-Azərbaycan biznes forumu keçirilmişdir

İyulun 26-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Argentinaya rəsmi səfəri çərçivəsində Buenos-Ayresin "San Martin" sarayında Argentina-Azərbaycan biznes forumunun rəsmi açılış mərasimi olmuşdur.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, hər iki tərəfdən 250-dən artıq iş adamının iştirak etdiyi biznes forumda Argentinanın xarici işlər və etiqad naziri Hektor Timerman, kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq naziri Norberto Yahuar, daxili ticarət üzrə dövlət katibi Guillermo Moreno və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxış etmişlər. Çıxış edənlər Azərbaycanın və Argentinanın son illər qazandıqları iqtisadi uğurlarından, iki ölkə arasında səmərəli əməkdaşlığından və əlaqələrin inkişaf perspektivlərindən danışmışlar.
Forum çərçivəsində Azərbaycanın və Argentinanın iqtisadiyyatlarına və ölkələrimiz arasında əməkdaşlıq imkanlarına dair təqdimatlar keçirilmiş, şirkətlərin nümayəndələri arasında işgüzar görüşlər təşkil edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında