Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 milyon nəfəri ötüb

Cari ilin birinci yarısında dövlət sosial sığorta sistemində fərdi uçotun inkişafı və tətbiqi məqsədilə davam etdirilən tədbirlər nəticəsində, artıq sistemdə fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 milyon nəfərdən çoxdur. 
Belə ki, bu ilin 6 ayı ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlavə olaraq 80 889 vətəndaşa sosial sığorta nömrəsi verilmiş və onlar üçün fərdi hesab açılmışdır. 2012-ci il iyulun 1-i tarixinə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 047 743 nəfərə çatmışdır. Sığortaolunanların 56,2 faizi kişi, 43,8 faizi isə qadınlardır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan bildirmişlər ki, fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 23,8 faizini əhatə edir. Bundan başqa, 30 yaşa kimi vətəndaşlar fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21 faizini, 30-40 yaş aralığında olan vətəndaşlar 23,1 faizini təşkil edir. Yaşları 50 ilə 60 aralığında olan vətəndaşlar sığortaolunanların 21,7 faizini, 60-dan yuxarı yaşları olan vətəndaşlar isə 10,4 faizini əhatə edir. Qeyd etmək lazımdır ki, fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il yanvar ayının 1-dən tətbiq olunan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında