Elmin İnkişafı Fondu hər zaman gənc alim və mütəxəssislərin fəaliyyətini qiymətləndirmiş, onların elmi işlərini qrant layihələri vasitəsilə dəstəkləmişdir

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) hər zaman gənc alim və mütəxəssislərin fəaliyyətini qiymətləndirmiş, onların elmi işlərini qrant layihələri vasitəsilə dəstəkləmişdir.
Bu sözləri EİF-in icraçı direktoru Elçin Babayev AzərTAc-a müsahibəsində söyləmişdir. E.Babayev bildirmişdir ki, Azərbaycan gəncliyi ölkənin sosial iqtisadi, mənəvi inkişafının aparıcı qüvvələrindən biridir və gələcəkdə bu qüvvə daha da güclənəcəkdir.
Son illər Prezident İlham Əliyev tərəfindən imzalanmış yüksək əhəmiyyətli Dövlət proqramları, sərəncamlar arasında gənclər siyasəti ilə bağlı sənədlərin qəbul olunması üstünlük təşkil edir. Bu, dövlətin gəncliyə göstərdiyi qayğı və onlara bəslənən ümidlərin nəticəsidir. Prezident İlham Əliyevin "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" "Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında 2011-ci il 7 iyul Sərəncamına əsasən tədbirlərin həyata keçirilməsi ölkədə gənclərə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Bu dövlət proqramının zənginliyi, bir sıra dövlət strukturlarının buraya cəlb olunması, onlar arasında sıx əlaqənin qurulması yaxın gələcəkdə bu proqramın reallaşması zəminində bəhrəsini verəcəkdir. Dövlətimizin başçısının müvafiq fərman və sərəncamlarına uyğun olaraq Elmin İnkişaf və Gənclər fondlarının yaradılması, gənc alimlərin xaricdə doktorantura təhsili ilə bağlı tədbirlərin həyata keçirilməsi gənc mütəxəssislərin elmi işlərə daha da cəlb olunması üçün münbit şərait yaratmışdır.
EİF qrant layihələri çərçivəsində gənc alimlərin elmi işlərini hər zaman qiymətləndirmişdir. Bu istiqamətdə qurum 2011-ci ildə gənc alim və mütəxəssislərin I qrant müsabiqəsini elan etmiş, 2012-ci ildə isə məlum nəticələrə əsasən EİF tərəfindən 25 layihə maliyyələşdirilmişdir. Müsabiqəyə 70-dən çox gənc alim və mütəxəssis cəlb olunmuşdur.
Builki yarmarka çərçivəsində keçiriləcək konfrans 3 gün davam edəcəkdir. Məqsəd bütün gənc alimlərin 5 elm sahəsi üzrə təqdim olunmuş məqalələrini dinləmək, onlara sərbəst müzakirə imkanı yaratmaq, müxtəlif elm sahəsindən olan mütəxəssislər arasında ünsiyyət yaratmaq və özlərinə güvən hissini aşılamaqdır. Konfransa təqdim olunmuş məruzələr kitab şəklində nəşr olunmuş və gənc alimlərə təqdim olunacaqdır. Gələcəkdə isə onları xaricdə elmi təcrübələr keçməsi, müxtəlif beynəlxalq tədbirlərdə iştirakı və elmi əsərlərinin nəşrinin reallaşması və s. istiqamətlərində dəstəkləyəcəyik.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında