Azərbaycan ilə Kolumbiya arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiyaya səfəri çərçivəsində ölkə Senatı sədrinin müavini Edqar Espindola Ninonun başçılıq etdiyi senatorlardan ibarət qrup ilə görüşmüşdür. 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycana səfərini xatırlayan E.Nino Bakıda keçirdiyi görüşlərdən məmnun qaldığını qeyd etmişdir. E.Nino E.Məmmədyarovun bu rəsmi səfərinin Azərbaycan ilə Kolumbiya arasında münasibətlərin dinamik inkişafına töhfə verəcəyinə əminliyini bildirmişdir.
Kolumbiya Senatının Azərbaycan xalqının Xocalı soyqırımı acısını anladığını deyən E.Nino bununla bağlı ölkəsinin qanunverici orqanının müvafiq qərar qəbul etdiyini xatırlatmışdır. O, hər iki ölkədə diplomatik və ticarət nümayəndəliklərinin tezliklə açılmasının vacibliyini qeyd etmiş, bunun ölkələrimiz arasında iqtisadi, ticarət, enerji, mədəniyyət və digər sahələrdə əməkdaşlığa təkan verəcəyini vurğulamışdır.
Sonra Elmar Məmmədyarova və Azərbaycanın Kolumbiyadakı səfiri İlqar Muxtarova Kolumbiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı və genişləndirilməsində xidmətlərinə görə Senatın xarici əlaqələr, milli müdafiə və təhlükəsizlik komissiyasının "Demokratiya uğrunda səylərinə görə ali komandor" ordeninin təqdim edilməsi mərasimi keçirilmişdir. E.Məmmədyarov yüksək mükafata görə təşəkkürünü bildirmiş, Azərbaycan ilə Kolumbiya arasında müxtəlif sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsi üçün siyasi iradənin olduğunu vurğulamışdır.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında