Elman ABDULLAYEV: Bu, Ermənistanın daha bir dezinformasiya yaymaq cəhdidir

Ermənistan kütləvi informasiya vasitələri BMT-nin adından Azərbaycana qarşı dezinformasiya yayaraq, növbəti dəfə beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. 
Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayevin sözlərinə görə, Ermənistan mediasında dərc edilmiş BMT baş katibi Pan Gi Munun Azərbaycanı Cənubi Qafqazda təhlükəli silahlanmaya başlamaqda ittiham etməsi dezinformasiyadır: "Yayılmış bu informasiyanın BMT-nin mövqeyinə heç bir aidiyyəti yoxdur. Bu, Ermənistanın daha bir dezinformasiya yaymaq cəhdidir. Əslində bu sənəd bir sıra ölkələrin, o cümlədən Ermənistanın BMT baş katibinin göndərdiyi sorğuya cavabıdır. Bununla da bu məlumat, BMT-nin deyil, Ermənistanın mövqeyini əks etdirir". XİN rəsmisi deyib ki, Ermənistanın bu cəhdləri hər hansı nəticə verməyəcək: "Çünki artıq dünya birliyi, o cümlədən BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini, işğalçı dövlət olduğunu bəyan ediblər".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında