Zərdab: uğurlar, perspektivlər

Zərdab Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında ilin birinci yarısında qazanılmış uğurlar, qarşıda duran vəzifələr ətraflı müzakirə olundu, məsul şəxslərə konkret tapşırıqlar verildi. 
Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyevin çıxışından irəli gələn vəzifələri şərh etdikdən sonra, bölgənin sosial-iqitisadi durumunu geniş açıqladı. Natiq bildirdi ki, 2012-ci ilin birinci yarısında respublikamızda gedən sürətli və davamlı inkişaf rayonda da geniş müşahidə olunmuşdur. Hesabat dövründə rayon iqtisadiyyatının əsas sahələrində 50,6 milyon manatlıq məhsul istehsal edilmişdir. Ötən 6 ay ərzində istehsal olunmuş məhsul və xidmətlərin 28,4 milyon manatı və ya 56,2 faizi kənd təsərrüfatının, 13,5 milyon manatı və ya 26,7 faizi tikintinin, 7,2 milyon manatı və ya 14,3 faizi ticarət və xidmət sahələrinin, 0,8 milyon manatı və ya 1,6 faizi sənayenin, 0,5 milyon manatı və ya 0,9 faizi nəqliyyatın, 0,2 milyon manatı və ya 0,3 faizi poçt və rabitə xidmətlərinin payına düşmüşdür.
Həyata keçirilən tədbirlər nəticəsində hesabat dövrü ərzində 158 daimi iş yeri yaradılmışdır.
6 ay ərzində rayonda fəaliyyət göstərən ticarət şəbəkələri tərəfindən 23,4 manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz çox istehlak malları satılmışdır. Adambaşına bir günlük əmtəə dövriyyəsi 2,37 manat olmuş, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 5,4 milyon manat təşkil etmişdir. Pullu xidmətlərin 599 min manatı və ya 11 faizi dövlət mülkiyyətinə, 4831 min manatı və ya 89 faizi qeyri-dövlət sektoruna aid olmuşdur.
Rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatında da mühüm işlər görülmüşdür.
2012-ci ilin məhsulu üçün 778 hektar sahədə çiyid səpini aparılmışdır. Hazırda sahələrdə kompleks becərmə işləri aparılır.
1378,5 hektar taxıl sahəsindən cəmi 35316 ton taxıl məhsulu istehsal edilmiş, hər hektardan məhsuldarlıq 25,6 sentner olmuşdur. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 2,1 sentner çoxdur. Rayonda taxılçılıq üzrə 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. 381 hektar sahənin taxılı biçilmiş, hər hektardan orta hesabla 32,5 sentner olmaqla 1238,5 ton toxumluq taxıl istehsal olunmuşdur ki, bu da ümumi rayon göstəricisindən 6,9 sentner çoxdur.
Rayonda iri malın sayı 53649 baş, qoyun-keçilərin sayı 109938 baş olmuşdur. Bu da keçən ilin eyni dövrünə nisbətən iri malın 445 baş, qoyun-keçilərin isə 1348 baş artması deməkdir. Hesabat dövründə rayonda 2016,6 ton ət, 10913,7 ton süd, 3887 min ədəd yumurta, 158,8 ton yun istehsal edilərək, proqnoz tapşırığa artıqlaması ilə əməl edilmişdir.
Quşçuluğun inkişaf etdirilməsi məqsədilə "Turac-2008" MMC əhaliyə 9860 baş cücə satmışdır ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 2000 baş çoxdur.
Bu il 3448 hektar təzə yonca əkilmiş, sahələrin həcmi 16522,2 hektara çatdırılmışdır. 53300 ton qaba yem tədarük olunmuşdur ki, bu da keçən ilin eyni dövründəkindən 57 ton çoxdur. Suvarma işlərinin yüksək səviyyədə təşkil edilməsi məqsədilə hesabat dövründə bir sıra tədbirlər həyata keçirilmişdir. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə Kür çayı sahili boyunca bəndbərkitmə işləri davam etdirilmişdir. Alıcanlı, Hüseynxanlı, Məlikumudlu-Sovxoz, Körpükənd, Salahlı, Lələağacı, Təzəkənd, Şahhüseynli, Məmmədqasımlı və digər kəndlərdə 401 kilometr uzunluqda suvarma kanalları lildən təmizlənmiş, 41 hidrotexniki qurğu, 2 mülki istehsal binası, 5 hidropost cari təmir edilmiş, İsaqbağı, Gödəkqobu, Şahhüseynli kəndlərindəki latok kanallarında əsaslı təmir işləri görülmüşdür.
"Aqrolizinq" ASC-nin Zərdab filialı hesabat dövründə 69,5 hektarda şum aparmış, 7,7 kilometr kanal çəkmiş, 18,5 hektarda yonca səpini aparmışdır. 185 litr amin duzu, 295 ton azot gübrəsi güzəştli qiymətlərlə mülkiyyətçilərə satılmış, 154 hektar sahənin otu, 1738 hektarda taxıl biçilmişdir. Kombaynlarla biçilmiş taxılı daşımaq üçün 16 müxtəlif markalı texnika ayrılmışdır. Filial 1 təzə taxılbiçən kombayn almışdır.
Regional Meşəsalma Müəssisəsi 30 hektarda meşə salmış, 30 hektar ərazidə şum aparmış, 99 min ağac əkmişdir. İməcilik yolu ilə magistral və rayondaxili yolların kənarlarında və kəndlərin ərazisində ümumilikdə 36 mindən çox müxtəlif cinslərdən olan ağaclar əkilmişdir.
80 şagird yerlik Lələağacı kənd ümumi orta məktəbinin tikintisində 495 min manatlıq tikinti işləri aparılmışdır. Yeni tədris ilinin ilk günündə məktəbin açılışı nəzərdə tutulmuşdur. Təhsil Nazirliyinin xətti ilə tikilən 180 şagird yerlik Pərvanlı kənd tam orta məktəbinin tikintisində 735 min manatlıq tikinti işləri aparılmışdır. "32 hektar" adlanan ərazidə yeni salınan qəsəbədə 132 şagird yerlik tam orta məktəbin tikintisi başa çatdırılmışdır. Qoruqbağı kəndində uşaq bağçası üçün yeni bina istifadəyə verilmişdir.
Mərkəzi Rayon Xəstəxanasına 15000 manatlıq odun, 30790 manatlıq yumşaq inventar, yataq ləvazimatı, inventar, 18016 manatlıq avadanlıq, 39390 manatlıq maşın və avadanlıq alınmış, Bıçaqçı kənd həkim məntəqəsində 5700 manatlıq cari təmir işi görülmüşdür. Ümummilli liderimiz Heydər Əliyevin doğum günü ərəfəsində Çallı kəndində doğum evinin, Şəftəhal kəndində tibb məntəqəsi üçün tikilmiş yeni binanın açılışı olmuşdur.
Rayon Mədəniyyət və Turizm Şöbəsində və Zərdabi muzeyində 13000 manatlıq cari təmir işləri aparılmış, 7299 manat dəyərində odun alınaraq müəssisələrə paylanmışdır. Mədəni-maarif müəssisələrinin inventar və avadanlıqlarla təmin olunması üçün bərk inventarların alınması üçün 35000 manat, avadanlıq alınması üçün 25015 manat, yumşaq inventarların alınması üçün 10000 manat vəsait təyinatı üzrə xərclənmişdir.
Hesabat mərasimində digər sahələrdə əldə olunmuş uğurlardan və çatışmazlıqlardan da söhbət açıldı.
Müzakirələrdə rayonun hərtərəfli inkişafında dövlət proqramlarının rolu vurğulandı. Sonda bildirildi ki, zərdablılar Prezident İlham Əliyevi və onun uğurla həyata keçirdiyi inkişaf strategiyasını bundan sonra da dəstəkləyəcək, bütün qüvvə və bacarıqlarını rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, əhalinin rifahının daha da yaxşılaşdırılmasına yönəldəcəklər.

{nl}

Ziyəddin SULTANOV, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında