Biləv-Behrud-Parağa avtomobil yolu yenidən qurulur

Muxtar respublikada kənd yollarının yenidən qurulması, müasir və rahat yol şəbəkələrinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq hazırda Biləv-Behrud-Parağa avtomobil yolunda yenidənqurma işləri aparılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Biləv-Behrud-Parağa avtomobil yolunda aparılan yenidənqurma işləri ilə maraqlanmışdır.
Yolun texniki-iqtisadi göstəriciləri barədə Ali Məclisin sədrinə məlumat verilmişdir. Bildirilmişdir ki, uzunluğu 7 kilometr olan Biləv-Behrud-Parağa avtomobil yolunun tikintisinə bu ilin aprel ayından başlanılmışdır. Tikinti işləri zamanı 4 metrlik yol yatağı genişləndirilərək 8 metrə çatdırılmış, yolun dağlıq ərazilərdən keçən hissələrində istinad divarları çəkilmiş, selovlardan keçən hissələrdə 8 su keçidi tikilmiş, yol üzərindəki körpü təmir olunmuşdur. Hazırda yola asfalt örtüyünün salınması məqsədilə son tamamlama işləri aparılır. Yolun asfalt örtüyünün eni 7,2 metr olacaq, avtomobillərin ikizolaqlı hərəkəti təmin ediləcəkdir.
Ali Məclisin sədri Biləv-Behrud-Parağa avtomobil yolunda aparılan tikinti işləri ilə əlaqədar müvafiq tapşırıqlar vermişdir.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında