Azərbaycan bir sıra Latın Amerikası ölkələri ilə səmərəli əməkdaşlıq edir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiyaya səfəri çərçivəsində bu ölkənin mədən və enerji naziri Maurisio Kardenas Santamariya ilə görüşmüşdür. 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə ölkəsinin enerji imkanları barədə ətraflı məlumat verən kolumbiyalı nazir zəngin karbohidrogen ehtiyatlarına malik Azərbaycan ilə bu sahədə əməkdaşlığın yaradılması üçün səylər göstərəcəklərini bildirmişdir.
Azərbaycanın zəngin neft tarixinə və təcrübəsinə malik olduğunu vurğulayan E.Məmmədyarov bu sahədə güclü və ixtisaslı mütəxəssislər yetişdirən Azərbaycan Dövlət Neft Akademiyası haqqında məlumat vermişdir. Bu sahədə mütəxəssislərin hazırlanması üçün kolumbiyalı tələbələrin Akademiyada təhsil alması təklifini irəli sürən E.Məmmədyarov Azərbaycanın bir sıra Latın Amerikası ölkələri ilə səmərəli əməkdaşlıq etdiyini, Kolumbiya ilə də bu imkanların nəzərdən keçirildiyini diqqətə çatdırmışdır.
Təklifə görə təşəkkürünü bildirən kolumbiyalı nazir tezliklə Azərbaycana səfər edəcəyini demişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında