IDEA Kampaniyası Beynəlxalq təhsil üzrə Amerika Şurasında "Yer kürəsi uşaqların gözü ilə" Beynəlxalq foto müsabiqəsinin təqdimatını keçirmişdir

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2011-ci il iyulun 12-də başlamış IDEA (Ətraf Mühitin Qorunması naminə Beynəlxalq Dialoq) Kampaniyası öz fəaliyyətini təşviq etməklə yanaşı, ətraf mühit məsələlərinə həssas yanaşan tərəfdarlarının sayını artırmaqda davam edir. 
Bununla əlaqədar olaraq, iyulun 25-də IDEA Kampaniyasının nümayəndələri tərəfindən Beynəlxalq təhsil üzrə Amerika Şurasında ABŞ-ın Gənc Liderlik Proqramının iştirakçıları üçün kampaniyanın reallaşdırdığı "Yer kürəsi uşaqların gözü ilə" Beynəlxalq foto müsabiqəsinin təqdimatı keçirilmişdir.
IDEA Kampaniyasından bildirmişlər ki, təqdimat zamanı amerikalı yeniyetmələr IDEA-nın yaranma tarixi, məqsəd və hədəfləri haqqında məlumatlandırılmışlar.
ABŞ-ın 25-ə yaxın müxtəlif ştatlarından olan yeniyetmələr IDEA Kampaniyasına böyük maraq göstərmiş və görüş zamanı məmnuniyyətlə kampaniyaya qoşulmaq haqqında niyyətlərini bildirmişlər. Bundan əlavə, yeniyetmələr "Yer kürəsi uşaqların gözü ilə" Beynəlxalq foto müsabiqəsində iştirak etmək üçün qoyulan şərtlər haqqında daha ətraflı məlumat aldıqdan sonra kampaniyanın nümayəndələrinə birmənalı olaraq müsabiqəyə qatılacaqlarını da çatdırmışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında