Daha 105 aztəminatlı ailə "Özünədəstək" layihəsinə cəlb olunmuşdur

Ağcabədi rayonunda 60, Ağdam, Füzuli və Beyləqan rayonlarının hər birində isə 15 ailə olmaqla, ümumilikdə, 105 ailə "Özünədəstək" - Birdəfəlik ünvanlı sosial yardım proqramına cəlb olunmaları üçün "Sosial müqavilə"lər imzalamış və onlara müvafiq bildirişlər paylanmışdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, bununla bağlı Ağcabədi rayonunda keçirilən tədbirdə ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Asəf Əliyev bütün ölkədə tətbiq olunacağı nəzərdə tutulan "Özünədəstək" proqramının aztəminatlı ailələrin daimi məşğulluğuna, onların təsərrüfatlarının inkişafına şərait yaratdığını bildirmişdir.
"Özünədəstək" proqramına cəlb olunan ailələrlə keçirilən görüşlərdə həmin ailələrə bu proqramın yaratdığı imkanlardan səmərəli şəkildə yararlanaraq, öz təsərrüfatlarını inkişaf etdirmək tövsiyə olunmuş, onlara proqramın xüsusiyyətləri, proqrama cəlb olunmaq üçün ailə planının hazırlanması və s. barədə izahatlar verilmişdir.
Proqrama cəlb edilən aztəminatlı ailələrin nümayəndələri belə fəal sosial müdafiə tədbirlərinin dövlət başçısının aztəminatlı vətəndaşlara diqqət və qayğısının daha bir əməli ifadəsi olduğunu bildirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında