Vaşinqtonda ABŞ-Azərbaycan təhlükəsizlik dialoqunun növbəti raundu keçirilmişdir

İyulun 24-də ABŞ Dövlət Departamentində ABŞ-Azərbaycan təhlükəsizlik dialoqunun növbəti raundu keçirilmişdir. Dövlət Departamentinin yaydığı rəsmi məlumatda bildirilir ki, ABŞ tərəfini məsləhətləşmələrdə dövlət katibinin siyasi-hərbi məsələlər üzrə müavini Endrü Şapironun rəhbərliyi ilə Avropa və Avrasiya məsələləri üzrə müavin Erik Rubinin, müdafiə nazirinin müavini Selest Uolanderin və enerji nazirinin müavini Uilyam Brayanın daxil olduğu nümayəndə heyəti təmsil etmişdir.
Məlumatda vurğulanır ki, 2011-ci ildə Bakıda keçirilən təhlükəsizlik dialoqunun uğuru üzərində qurulan budəfəki məsləhətləşmələr zamanı geniş spektrli siyasi-hərbi məsələlər, o cümlədən dəniz təhlükəsizliyi, terrorizmə qarşı mübarizə, sərhəd təhlükəsizliyi, kütləvi qırğın silahlarının və qanunsuz malların yayılmasının qarşısının alınması üzrə əməkdaşlıq, eləcə də Azərbaycanın Əfqanıstanda beynəlxalq təhlükəsizlik səylərinin dəstəklənməsi üzrə təşəbbüslərə verdiyi töhfələr müzakirə edilmişdir.
Azərbaycan tərəfi təhlükəsizlik dialoqunda xarici işlər nazirinin müavini Araz Əzimovun rəhbərlik etdiyi milli təhlükəsizlik nazirinin müavini Əli Şəfiyev, fövqəladə hallar nazirinin müavini Rəhim Lətifov, Dövlət Sərhəd Xidməti sədrinin müavini Fərhad Tağızadə və digər yüksək səviyyəli rəsmilərdən ibarət nümayəndə heyəti ilə təmsil olunmuşdur.

{nl}

Şəfəq AKİFQIZI, AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında