Britaniyada çıxan dünya şöhrətli "The Lawyer" jurnalında Azərbaycan haqqında bilmək zəruri olan beş fakt göstərilmişdir

Britaniyada çıxan dünya şöhrətli "The Lawyer" jurnalında Azərbaycan və Bakı haqqında çox maraqlı bir məqalə dərc edilmişdir.
Məqalənin müəllifi Deniel Metyus qeyd edir ki, Azərbaycan neftlə zəngin ölkədir. Bu ilin may ayında Bakıda keçirilmiş "Eurovision-2012" mahnı müsabiqəsi Azərbaycanın nüfuzunun artmasına kömək etmiş və dünyaya göstərmişdir ki, Bakının məşhurlaşdıran təkcə neft deyildir.
Məqalədə deyilir: "Hətta indiyə qədər bu ölkənin xəritədə yerini də bilməyən adamlar "Eurovision-2012" mahnı müsabiqəsi sayəsində indi Azərbaycan haqqında çox şey bilirlər. Müsabiqə ölkənin imicini artırmış və onun böyük turizm potensialına malik olduğunu göstərmişdir.
D.Metyus ölkənin neft-qaz sektorunda çalışan aparıcı əcnəbi biznesmenlərdən müsahibələr götürmüşdür.
Müəllif yazır: "Xarici investisiyaların 90 faizi hələ də neft-qaz sektorunun payına düşür. Azərbaycan hökuməti bu ölkəni xarici sərmayədarlar üçün daha cəlbedici etmək istiqamətində addımlar atır".
Məqalənin sonunda müəllif Azərbaycan haqqında indiyə qədər avropalı oxucuya məlum olmayan 5 faktı göstərir. Onun fikrincə həmin faktları, o cümlədən Neft Daşları, Yanardağ, "armudu stəkan" və sair haqqında bilmək zəruridir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında