Zaqatalada silsilə tədbirlər

Rayonda 15 iyun-Milli Qurtuluş Gününə həsr olunmuş tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin adını daşıyan parka gələrək ulu öndərin abidə kompleksini ziyarət etmiş, dahi rəhbərə sonsuz sevgi və ehtiramlarını bildirmişlər.
Sonra Heydər Əliyev Mərkəzində 15 iyun-Milli Qurtuluş Gününə həsr olunmuş təntənəli yığıncaq keçirilmişdir. Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin geniş məruzəsi dinlənilmişdir. Məruzəçi 1993-cü ilin iyun hadisələri ərəfəsindəki hərc-mərcliyi, yaranmış ağır vəziyyəti xatırladaraq, yalnız ümummilli lider Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində sabitliyin bərqərar olunmasından söz açmışdır.
Tədbirdə çıxış edən digər natiqlər ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra qısa müddətdə xalqımızı qardaş qırğınından, vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdiyini, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, banisi və qurucusu kimi daxil olduğunu qeyd etmişlər.
Yığıncaqda ulu öndərə həsr olunmuş filmlər nümayiş etdirilmişdir.
Sonra tədbir iştirakçıları Dardoqqaz kəndində yeni tikiləcək kənd klubunun tikintisinin təməlinin qoyulmasında iştirak etmişlər.
Tədbirdə çıxış edən kənd ictimaiyyətinin nümayəndələri respublikamızda, o cümlədən Zaqatala rayonunda görülən tikinti-quruculuq işləri, əhalinin sosial-rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirmiş, bu diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz təşəkkürlərini bildirmişlər.
Elə həmin gün rayon gənclər və idman idarəsinin təşkilatçılığı və rayon bələdiyyələrinin yaxından iştirakı ilə futbol üzrə rayon birinciliyinə start verilmişdir.
Axşam Heydər Əliyev parkında respublika incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq təşkil edilmişdir.

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında