Bakı-Böyük Kəsik istiqamətində 100 kilometr yolun əsaslı təmiri başa çatdı

"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmiri davam edir.
18-21 iyul 2012-ci ildə Yevlax-Mingəçevir mənzilində 2553 metr yol əsaslı təmir olundu. Bununla da 100 kilometr yolun əsaslı təmiri başa çatdı. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovdan aldığımız məlumata görə, 21 iyul 2012-ci ildə Baş Mingəçevir stansiyasında ilk 100-cü kilometrin əsaslı təmirinin başa çatması münasibətilə təntənəli mərasim keçirildi. Tədbirə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi, müvafiq təsərrüfatların əməkçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri toplaşmışdılar.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirov KİV nümayəndələrinə məlumat verərək bildirdi ki, Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun ilk 100-cü kilometri bu gün başa çatdı. Bu işdə dəmiryolçular, həqiqətən də, əzmkarlıq göstərir. Əsaslı təmir işlərinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir.
Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.
Təntənəli tədbirdə hərəkətin təhlükəsizliyi üzrə baş inspektor Oqtay Abbasov, İnfrastruktur Departamentinin rəisi Füzuli Quliyev, İD-nin işarəvermə və rabitə şöbəsinin rəisi Oqtay Əhmədov, İD-nin müəssisələrinin və motorlu rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri emalatxanasının rəhbərləri və kollektivləri, "Dəmiryolservis" MMC-nin baş direktoru Əli Əşrəf Lütvəlibəyov, Yük daşımaları Departamentinin yük şöbəsinin rəisi Zahid Rəcəbov, Yük daşımaları Departamentinin Qərb sahəsi üzrə bölmə rəisi Füzuli Kərimov, Dəllər stansiyasının rəisi Qafar Vəliyev və Frantişek Muror iştirak edirdilər.
Qeyd edək ki, "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmirilə əlaqədar Vasif Süleymanın və Elbariz Məmmədlinin müəllifi olduqları 3 cildlik "Məxmər yolların sirri" adlı kitab çapa hazırlanır. Hər 100 kilometrdən bir çap olunacaq kitabın birinci cildi bu günlərdə işıq üzü görəcək.

{nl}

Qabil YUSİFOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında