Milli Qurtuluş Günü Balakən rayonunda təntənə ilə qeyd olundu

Balakən Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov başda olmaqla icra aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri ictimaiyyət nümayəndələri Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkına gələrək ulu öndərin möhtəşəm abidəsi önünə qərənfil və tər çiçək dəstələri qoymaqla dahi şəxsiyyətə öz ehtiram və sevgilərini bildirdilər.
Sonra tədbir rayon icra hakimiyyətində davam etdi. Tədbiri rayon icra hakimiyyətinin başçısı cənab Asif Məmmədov giriş sözü ilə açaraq bildirdi ki, əgər ulu öndər xalqın təkidli tələbi ilə həmin günlər fəlakətlə üzləşən Azərbaycanda hakimiyyətə gəlməsəydi bu gün biz heç bir müstəqillikdən danışa bilməzdik. Bəli, Heydər Əliyev gəldi və xalqı qardaş qırğınından qurtardı, müstəqilliyimizi qorudu, saxladı, bu dövlətin memarı və qurucusu oldu.
Tədbirdə rayon icra hakimiyyətinin başçısının müavini Nəzakət Rüstəmova geniş məruzə ilə çıxış etdi.
Təntənəli mərasimdə eyni zamanda YAP Balakən rayon təşkilatı aparatının rəhbəri Ömər Osmanov, Rayon Ağsaqqalar Şurasının sədri Rəşid Musayev, Balakən şəhər inzibati ərazi dairəsi nümayəndəsinin müavini Abdulla Abdullayev və digərləri ürək sözlərini ifadə etdilər. Qeyd etdilər ki, bu gün bu dövlətin qurulması üçün hamı məhz ulu öndər Heydəri Əliyevə borcludur.

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında