Qalib jurnalistlər mükafatlandırılıb

Nəsimi Rayon İcra Hakimiyyəti və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun "Nəsimi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və prespektivlər" mövzusunda birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.  
Toplantını giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev jurnalistləri Milli Jurnalistika Günü münasibəti ilə təbrik edib və onlara uğurlar arzulayıb. Fondun icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, müsabiqənin keçirilməsində məqsəd Nəsimi rayonunun sosial-iqtisadi və ictimai həyatında baş verən yenilikləri mətbuat vasitəsi ilə ictimaiyyətə daha yaxından çatdırmaq idi. Azərbaycan mətbuatının müstəqillik dövründə böyük uğurlar qazandığını söyləyən icraçı direktor KİV-ə Dövlət Dəstəyi Fondu yarandıqdan sonra müstəqil qəzetlərin maddi durumunun xeyli yaxşılaşdığını bildirib.
V.Səfərli daha sonra məlumat verib ki, Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə keçirilən fərdi jurnalist müsabiqəsinə daxil olmuş 34 yazıdan 6-sı qalib hesab edilmişdir. Müsabiqənin şərtlərinə əsasən, qaliblərə I yer görə - 1000 manat, II yerə görə (2 nəfər) 800 manat, III yerə isə (3 nəfər) 600 manat məbləğində pul mükafatı və xüsusi diplom verilməsi qərara alınmışdır. 10 nəfərə həvəsləndirici mükafat verilməsi nəzərdə tutulmuşdur.
Sonda qaliblərə xüsusi diplom və pul mükafatları təqdim olunub. Onları təbrik edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev belə müsabiqələrin jurnalist peşəkarlığının artırılmasında xüsusi rol oynadığını vurğulayıb.

{nl}

R.TAHİR, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında