Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri" beynəlxalq ictimaiyyət tərəfindən tanınmamışdır

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri" beynəlxalq ictimaiyyət tərəfindən tanınmamışdır.
Bu sözləri Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) sədri, politoloq Mübariz Əhmədoğlu iyulun 24-də "Qarabağ saatı" mövzusunda keçirdiyi mətbuat konfransında demişdir.
M.Əhmədoğlu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair son proseslərə münasibət bildirmiş, məsələnin həlli ilə bağlı rəsmi Bakının mövqeyinin daha da gücləndiyini vurğulamışdır.
SİTM-in sədri demişdir ki, Ermənistanın beynəlxalq maliyyə qurumlarına xarici borcu günbəgün artır, bu ölkədə yoxsulluq və məmur özbaşınalığı, orduda korrupsiya halları çoxalır. Beynəlxalq qurumların Ermənistana kredit ayırmaqdan imtina etmələrinin səbəblərindən biri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində tərəqqinin olmamasıdır. M.Əhmədoğlu bildirmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması bu işğalçı ölkədə sosial-iqtisadi vəziyyəti, kriminogen durumu daha da çətinləşdirmişdir.
M.Əhmədoğlu vurğulamışdır ki, beynəlxalq qurumlar tərəfindən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni izləmək üçün müşahidəçi göndərilməmişdir. Bəzi ölkələrdən müşahidəçilərin sayı isə əvvəlki seçkilərə nisbətən az olmuşdur. Natiq demişdir ki, əvvəllər olduğu kimi bu dəfə də qondarma "prezident seçkiləri"ndə saxtakarlıq baş vermişdir. Çünki seçki kampaniyasına başqa ölkələrdən də ermənilər cəlb olunmuşlar.
Politoloq M.Əhmədoğlu diqqətə çatdırmışdır ki, separatçıların Dağlıq Qarabağda keçirdikləri qondarma "prezident seçkiləri" orada yaşayan ermənilərin siyasi əhval-ruhiyyəsini də müəyyənləşdirmişdir. Bu seçkilər Dağlıq Qarabağdakı ermənilərin onları idarə edənlərə qarşı narazılığını, Ermənistan rəhbərliyinin siyasətini isə dəstəkləmədiklərini bir daha nümayiş etdirmişdir.
Politoloq demişdir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin hazırkı mövqeyi münaqişənin sülh yolu ilə tənzimlənməsini yubadır. Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoqun qurulmasında vasitəçilik etmək ATƏT-in Minsk qrupu həmsədrlərinin birbaşa vəzifəsidir.
Azərbaycanın hərbi qüdrətinin və döyüş potensialının daim artdığını deyən M.Əhmədoğlu işğalçı ölkənin hərbi gücünün gündən-günə zəiflədiyini vurğulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında