Dövlət Sərhəd Xidmətinin və Gömrük Komitəsinin əməkdaşları sərhəd pozucularını yaxalamışlar

Astara rayonunun Kələdəhnə kəndi ərazisində sahil nəzarəti məntəqəsinin xidməti sahəsində İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikasının dəniz sərhədini pozmuş 3 nəfər İran vətəndaşı (1978-ci il təvəllüdlü Elcalı Adil Abdulhüseyn oğlu, 1979-cu il təvəllüdlü Mehdi Aslan Xudaverən oğlu, 1967-ci il təvəllüdlü Seyid Qulamrıza Mirəziz oğlu) Dövlət Sərhəd Xidməti (DSX) və Gömrük Komitəsi (GK) əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 13-də yaxalanmışdır. 
DSX-nın mətbuat mərkəzindən AzərTAc-a bildirmişlər ki, saxlanılarkən sərhədçilərin qanuni tələblərinə tabe olmayan sərhəd pozucuları əllərindəki qaçaqmalı dənizə ataraq qayıqla hadisə yerindən uzaqlaşmağa cəhd göstərmişlər. Lakin sərhəd gözətçi kateri qaçaqmalçıların qayığını təqib edərək onları sahildən 2,2 mil aralıda yaxalamışdır. DSX-nin dalğıcları xüsusi avadanlıqdan istifadə etməklə dənizin dərinliyindən 10 kiloqram narkotik olan həşişi aşkarlayaraq çıxarmışlar.
İyulun 18-də DSX əməkdaşları tərəfindən Qusar rayonunun Rusiya Federasiyası ilə həmsərhəd olan Dakar kəndi ərazisində yerləşən sahibsiz tikilidə gizlədilmiş lüləsi kəsik silah, patrondaş və bir ədəd bıçaq aşkarlanaraq götürülmüşdür.
İyulun 20-də Astara rayonunun Sim kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikası istiqamətindən dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfərin qarşısı alınmışdır. Sərhədi pozmağa cəhd göstərən şəxslər əllərindəki qaçaqmalı hadisə yerində atmış, havanın dumanlı olmasından istifadə edərək, geriyə - İran ərazisinə qaçmışlar. Hadisə yerinə keçirilmiş baxış zamanı qaçaqmalçılara məxsus 1 kq narkotik vasitə olan həşiş və 2 qrama yaxın heroin aşkarlanaraq götürülmüşdür.
Hazırda hər üç fakt üzrə Dövlət Sərhəd Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında