"Neft və qaz quyularında aparılan geofiziki tədqiqat işlərində əməyin təhlükəsizliyi Qaydaları" təsdiqlənib

ARDNŞ-in Geofizika və Geologiya İdarəsinin Geofizika Elmi-Tədqiqat İnstitutu "Neft və qaz quyularında aparılan geofiziki tədqiqat işlərində əməyin təhlükəsizliyi Qaydaları"nı hazırlayıb.
Bu barədə məlumat verən Geofizika Elmi-Tədqiqat İnstitutunun təlimat və normativ texnoloji sənədlərin hazırlanması şöbəsinin rəisi Mirhəşim Həşimli bildirib ki, sənəd Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi ilə razılaşdırılmış və ARDNŞ-in rəhbərliyi tərəfindən təsdiq olunmuşdur.
Onun sözlərinə görə, Meksika körfəzində baş vermiş ekoloji fəlakət ilə əlaqədar Xəzər dənizindəki neft-qaz əməliyyatlarında ekoloji və investisiya riskləri ilə bağlı məsələlərin həlli və bu sahədə müəyyən qabaqlayıcı tədbirlərin görülməsini daha da aktual edir.
Şöbə müdiri hesab edir ki, quyu geofiziki tədqiqat (QGE) işləri zamanı işçilərin sağlamlıqlarının qorunması məqsədilə əməyin təhlükəsizliyi qaydalarına ciddi əməl olunması başlıca şərtdir. "Ona görə də mövcud qaydalara uyğun olaraq QGT işlərində istifadə olunan cihaz, qurğu və avadanlıqların hər hansı texniki parametrlərində dəyişiklik və yaxud modernləşdirmə işləri aparılarsa, o zaman əməyin mühafizəsi qaydalarına aid əlavə tədbirlər həyata keçirilməlidir. Müasir dövrün əsas tələbi olaraq yeni texnika və texnologiyaların istehsalatda tətbiqi, istehsal və texnoloji proseslər də daxil olmaqla ən yeni kompyuter proqramlarından istifadə edərək, emal prosedurlarının həyata keçirilməsi, iqtisadi və maliyyə vəsaitlərinə qənaət olunması, əlavə lüzumsuz xərclərin azaldılması və digər zəruri tədbirlər aparılan geofiziki tədqiqat işlərinin təhlükəsiz və səmərəli yerinə yetirilməsini daha da əhəmiyyətli edir".
Onun sözlərinə görə, neft və qaz yataqlarının axtarışı və kəşfiyyatında geofiziki tədqiqat işlərinin əhəmiyyəti inkarolunmazdır və bütün perspektivli sahələr üzrə ən müasir üsullardan və texnologiyalardan geniş istifadə olunur. "Qeyd olunan bu işlərin aparılması texnoloji iş prosesinə görə ən təhlükəli fəaliyyət növü kimi tanınır. Bu səbəbdən həmin əməliyyatlar sahəsi ən yüksək səviyyəli əməyin təhlükəsizliyi standartlarının tətbiqini tələb edir. Ona görə də texnoloji iş proseslərində işin spesifik xüsusiyyətləri nəzərə alınaraq, aparılan geofiziki tədqiqat işlərinin daha təhlükəsiz və səmərəli yerinə yetirilməsi daim aktual olaraq qalır. Məhz bu məqsədlə qüvvədə olan normativ-hüquqi aktların, habelə əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına əsaslanaraq, "Neft və qaz quyularında aparılan geofiziki tədqiqat işlərində əməyin təhlükəsizliyi Qaydaları" təsdiq olunaraq işçilərin istifadəsinə verilmişdir".

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında