Bank olmayan kredit təşkilatının vəzifəli şəxsləri barəsində cinayət işi başlanmışdır

Şirvan Apellyasiya Məhkəməsinin "KredAqro" bank olmayan kredit təşkilatının Cəlilabad filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə xüsusi qərardadı və həmin təşkilatdan daxil olmuş materiallar üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırma aparılmışdır.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, qeyd edilən filialın sabiq müdiri Muradov Mirəli Mirhəsən oğlu və digərləri tərəfindən müştərilərdən alınmış kredit ödənişləri bank sisteminə mədaxil edilməmiş, eyni zamanda saxta sənədlər əsasında müxbir olduqları banklardan qanunsuz olaraq kreditlər götürülməklə mənimsənilmişdir.
Araşdırmalarla, həmçinin müəyyən edilmişdir ki, təşkilat ilə vətəndaş arasında 5 min manat məbləğində kredit alınmasına dair bağlanmış saxta kredit müqaviləsinə saxta vətəndaş tərəfindən imza edilməmişdir. Belə ki, tərəflər arasında kredit müqaviləsi bağlanan zaman vətəndaş Türkiyə Respublikasında olduğu halda bağlanmış saxta kredit müqaviləsinə əsasən bankdan həmin vətəndaşın adına 5 min manat məbləğində pul götürülərək mənimsənilmişdir.
Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq davam etdirilir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında