"Azərsu" ASC yeni mərkəzi laboratoriyada işləyəcək mütəxəssislərin hazırlanması prosesinə başlamışdır

"Azərsu" ASC içməli su və tullantı sularının tərkibinin müasir metodlarla öyrənilməsinə xüsusi diqqət yetirir. 
ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qurumun prioritetlərinə daxil olan əsas məsələlərdən biri əhalini Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun keyfiyyətli içməli su ilə təmin etmək, həmçinin tullantı sularını tam təmizləyərək ekoloji cəhətdən ətraf mühitə ziyan vurmadan kənarlaşdırmaqdır. Bunlara nail olmaq üçün hazırda ASC həm Abşeron yarımadasında, həm də regionlarda dövlət büdcəsi vəsaiti və beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına layihələr icra edir. Bu layihələrdən biri də içməli su və tullantı sularının tərkibinin müasir metodlarla öyrənilməsi məqsədi ilə yeni mərkəzi laboratoriyanın tikintisidir. İnşasına 2011-ci ilin oktyabrında başlanılmış və 2012-ci ilin sonuna qədər istismara veriləcək yeni laboratoriyada ABŞ, Almaniya və digər ölkələrin istehsalı olan ən son texnoloji avadanlıqlar quraşdırılacaqdır.
Laboratoriyanın tikintisi ilə bərabər həmin avadanlıqlarla işləyəcək mütəxəssislərin hazırlanması prosesinə də başlanılmışdır. Bu məqsədlə "Azərsu" ASC-də çalışan 20 gənc mütəxəssis Türkiyənin İstanbul Su Kanal İdarəsi (İSKİ) ilə əməkdaşlıq çərçivəsində iyulun 1-dən 21-dək bu ölkəyə ezam olunmuşlar. Üç həftəlik təlim müddətində "Azərsu" ASC-nin əməkdaşları İSKİ-nin sutəmizləyici və çirkab sutəmizləyici qurğularında olmuş, mərkəzi laboratoriyada analizlərin aparılmasında iştirak etmişlər. Eyni zamanda laborator analizlərin aparılması, istifadə olunan cihazların iş prinsipi ilə bağlı Türkiyənin tanınmış professorları tərəfindən nəzəri mühazirələr təşkil olunmuş, İSKİ-nin ən təcrübəli mütəxəssisləri tərəfindən treninqlər keçirilmiş, mütəxəssislərin istehsalat sahələri ilə əyani şəkildə tanış olması üçün lazımi şərait yaradılmışdır.
Təlim müddətində mütəxəssislər hazırda inkişaf etmiş ölkələrdə içməli suyun təmizlənməsində tətbiq olunan membran texnologiyası ilə analizlərin aparılması və suyun təmizlənməsi prosesləri ilə tanış olmuşlar.
İçməli su ilə yanaşı, çirkab suların da müasir üsullarla təmizlənməsi texnologiyası ilə maraqlanan azərbaycanlı mütəxəssislərə həmin suların təmizlənib zərərsizləşdirildikdən sonra suvarma, balıqçılıq sahələrində işlədilməsi təcrübəsi barədə məlumat verilmişdir. Təlimin sonunda "Azərsu" ASC-nin əməkdaşları imtahandan uğurla keçmişlər.
Təsdiq olunmuş proqrama əsasən növbəti mərhələdə energetika və mexanika sahəsində çalışan işçilər İstanbul Su Kanal İdarəsində təlim kurslarına göndəriləcəklər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında