Naxçıvan-Şahbuz-Batabat avtomobil yolu yenidən qurulacaqdır

Naxçıvan Muxtar Respublikasında yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən kompleks quruculuq tədbirləri çərçivəsində bu il Naxçıvan-Şahbuz-Batabat avtomobil yolu yenidən qurulacaqdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun layihəsinə baxmışdır.
Ali Məclisin sədrinə yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verilmişdir.
Bildirilmişdir ki, Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun uzunluğu 59,2 kilometrdir. Tikinti işləri aparılarkən yol yatağı genişləndiriləcək, yüksək keyfiyyətli asfalt örtük salınacaqdır. Yolun Naxçıvan-Şahbuz hissəsinin eni 17, Şahbuz-Batabat hissəsinin eni isə 9 metr olacaqdır. Yenidənqurma işlərindən sonra yolun Naxçıvan-Şahbuz hissəsində dördzolaqlı hərəkət təmin ediləcəkdir.
Muxtar respublikada reallaşdırılacaq mühüm infrastruktur layihələrindən biri olan Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun üzərində 9 körpü və 297 su keçidi tikiləcəkdir. Yolun dağlıq ərazilərdən keçən hissələrində istinad divarları çəkiləcək, yol kənarlarında beton suaxıdıcı kanallar salınacaqdır.
Ali Məclisin sədri Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunda yenidənqurma işlərinə başlanması və görülən işlərin keyfiyyətlə aparılması barədə tapşırıqlar vermişdir.
* * *
Regionda həyata keçirilən quruculuq işləri çərçivəsində bu il Naxçıvan şəhərində muxtar respublikanın Hərbi Prokurorluğu üçün yeni bina inşa ediləcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tikinti aparılacaq əraziyə və binanın layihəsinə baxmış, inşaat işlərinə başlanması barədə tapşırıq vermişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında