Bakıda "Readmissiya və qayıdışa dəstək" mövzusunda beynəlxalq seminar keçirilir

İyulun 24-də Bakıda Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) təşəbbüsü, Avropa İttifaqı (Aİ) və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) dəstəyi ilə MİEUX (Miqrasiya Sahəsində Avropa İttifaqı Ekspertizası) proqramı çərçivəsində "Readmissiya və qayıdışa dəstək" mövzusunda sonuncu seminar başlamışdır.
Seminar Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Azərbaycan üzrə əlaqələndiricisi Oleq Kiritsa və Macarıstandan olan beynəlxalq ekspert Vida Qabor tərəfindən aparılır.
Seminarın açılışında çıxış edən Dövlət Miqrasiya Xidmətinin miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhramanov bildirmişdir ki, artıq Aİ ilə Azərbaycan arasında miqrasiya sahəsində əməkdaşlığın müəyyən bir mərhələsinin sonuna yaxınlaşırıq. Azərbaycan Respublikası Avropa İttifaqı ilə birgə miqrasiya sahəsində bir neçə layihə həyata keçirmişdir. Bugünkü tədbir MİEUX proqramı çərçivəsində sonuncudur. MİEUX proqramı Avropa İttifaqı ilə MSİBM-in birgə təşəbbüsü ilə yaradılmışdır. MİEUX proqramı miqrasiya sahəsinə aid olan bütün məsələlərin həllində ekspert qismində çıxış edir.
Baş idarənin rəisi məlumat vermişdir ki, 2011-ci ildə MİEUX proqramı çərçivəsində bir layihə gerçəkləşdirilmişdir. Bu proqram çərçivəsində keçirilən 3 tədbirdə təkcə DMX-nin əməkdaşları deyil, eyni zamanda, Azərbaycanda miqrasiya sahəsində fəaliyyət göstərən digər dövlət orqanlarının nümayəndələri də iştirak etmişlər. Bu da miqrasiya proseslərinə ümumi baxışın formalaşması, qanunsuz miqrasiyaya qarşı mübarizə məsələsində birgə mövqedən çıxış etmək, miqrasiya proseslərinin idarə olunması məsələsində əlaqələndirmə funksiyasının həyata keçirilməsi və qarşıya qoyulan məqsədlərə nail olmaqda mühüm vasitələrdən biridir.
Vahid Qəhramanov demişdir ki, bugünkü seminar da əsası 2011-ci ildə qoyulmuş "Azərbaycan Respublikasında qanunsuz miqrasiya ilə mübarizə və qayıdışın idarəolunması sahəsinə dəstək" layihəsi çərçivəsində keçirilir. Bu layihə üzrə artıq iki tədbir gerçəkləşdirilmişdir. Seminar qanunsuz miqrantların geri qaytarılması, readmissiyası məsələsinə həsr olunmuşdur. Son dövrlərdə Azərbaycanda qanunsuz miqrasiyaya qarşı mübarizəyə daha çox üstünlük verilir. Artıq ölkədə miqrasiya sahəsində kifayət qədər qanunvericilik bazası formalaşmışdır.
Bildirilmişdir ki, iki ildən artıq davam edən MİEUX proqramı müxtəlif mövzuları - qloballaşan dünyanın ən aktual problemlərindən olan miqrasiya və mobillik, insanların təhlükəsiz yerdəyişməsi, sığınacaq axtaran şəxslərin himayəsi, qanunsuz miqrantların saxlanılması mərkəzlərinin fəaliyyəti və digər mövzuları əhatə etmişdir. Proqram çərçivəsində miqrasiya orqanlarının əməkdaşları Avropa İttifaqı ölkələrində təlim səfərlərində olmuşlar. Əsas hədəfi miqrasiya sahəsində Avropa İttifaqı dövlətlərinin təcrübəsini öyrənmək olan bu proqram Aİ ölkələrindən və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzdən olan ekspertlərin iştirakı ilə keçirilmişdir.
Seminar iştirakçılarına uğurlar arzulayan Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin siyasi məsələlər üzrə müşaviri Andrey Valentinov ölkəmiz ilə Aİ arasında dərin əməkdaşlıq əlaqələrinin mövcud olduğunu vurğulamışdır. Diqqətə çatdırmışdır ki, tərəflər arasında uzun illər ərzində həm miqrasiya, həm də sərhədlərin təhlükəsizliyi sahəsində əməkdaşlıq inkişaf etdirilmişdir.
MSİBM-in Azərbaycan üzrə əlaqələndiricisi Oleq Kiritsa layihə barədə məlumat vermiş, Niderland Krallığından və Macarıstandan olan yüksək səviyyəli beynəlxalq ekspertlərin iştirakı ilə 3 günlük seminarın miqrasiya orqanları əməkdaşlarının işinə böyük töhfə verəcəyinə əmin olduğunu bildirmişdir.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin, Xarici İşlər və Daxili İşlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, eləcə də beynəlxalq təşkilatların - BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığının və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliklərinin əməkdaşları iştirak edirlər.
Üç gün davam edəcək seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunacaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında