Yeni Azərbaycan Partiyası bir qrup jurnalisti mükafatlandırdı

Dünən Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında milli mətbuatımızın yaranmasının 137-ci ildönümü ilə bağlı tədbir keçirildi. 
Peşə bayramı münasibəti ilə jurnalistləri təbrik edən Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirdi ki, bu gün Azərbaycanın milli mətbuatı cəmiyyətin məlumatlandırılmasında, siyasi proseslərin işıqlandırılmasında, bütövlükdə, ölkənin mədəni səviyyəsinin yüksəlməsində əhəmiyyətli rol oynayır. Ölkəmizin ictimai-siyasi həyatının aparıcı qüvvəsinə çevrilən mətbuatda çalışan əməkdaşların peşəkarlıq səviyyəsinin getdikcə artdığını bildirən Əli Əhmədov dedi: "Əgər biz 10-15 il bundan əvvəlki dövrlə mətbuatımızın indiki səviyyəsini müqayisə etsək, əhəmiyyətli dərəcədə irəlilyişlərin olduğunu görərik. Sevindirici haldır ki, mətbuatın təkmilləşməsi prosesi bu günün özündə də davam etməkdədir. Qəzetlərimiz bütün mənalarda daha yüksək səviyyədə işıq üzü görür, burada daha yüksək səviyyəli təhlillər aparılır və bütövlükdə əvvəlki illərdəki kimi, dedi-qodu söhbətlərinə yox, daha çox real informasiyalara yer verilir".
YAP sədrinin müavini qeyd etdi ki, Azərbaycan hökuməti ölkəmizdə milli mətbuatın formalaşmasına, inkişafına, təkmilləşməsinə xüsusi diqqət yetirir. Bu diqqətin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulubdur. Azərbaycanda millli mətbuatın formalaşmasında Heydər Əliyevin göstərdiyi qayğı, müəyyənləşdirdiyi mətbuat siyasəti əhəmiyyətli rol oynayıb: "Sevindirici haldır ki, Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu yüksək ənənə, mətbuata qayğı göstərmək siyasəti bu gün də davam etdirilməkdədir. Bu gün Azərbaycan hökumətinin həyata keçirdiyi inkişaf strategiyasında milli mətbuatımızın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər özünəməxsus yerə malikdir. Bu gün mətbuat sahəsində çalışan işçilərin rifah səviyyəsinin yüksəldilməsi üçün hökumət tərəfindən görülə biləcək bütün işlər həyata keçirilir. Bu da Azərbaycan mətbuatının inkişafına göstrərilən qayğının bariz nümunəsidir".
Əli Əhmədov mətbuatda mövcud olan problemlərdən də söz açaraq qeyd etdi ki, bu, qəzetlərin satışı və jurnalistlərin əmək haqlarının az olması ilə bağlı olan məsələdir. Amma həyatda problemlər həmişə ola bilər, əsas odur ki, həmin problemlərin həlli istiqamətində siyasi iradə olsun. YAP sədrinin müavini bildirdi ki, bu gün Azərbaycanda bu iradə var və mətbuatın inkişafı üçün lazım olan bütün tədbirlər həyata keçirilir.
Ölkəmizdə gedən inkişaf proseslərindən danışan Əli Əhmədov dedi ki, son illərdə Azərbaycanda bütün sahələrdə sürətli inkişaf müşahidə olunur. Ölkəmizin iqtisadiyyatı ildən-ilə daha da güclənir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, ötən illər ərzində dövlət büdcəmiz 16 dəfə artıb, yoxsulluğun səviyyəsi beş dəfə azalıb. Müasir dünyadakı mövcud iqtisadi sistemləri araşdırsaq görərik ki, buna bənzər nümunələr tapmaq çətindir. Azərbaycan sözün həqiqi mənasında iqtisadi möcüzə yaradır.
Əli Əhmədov onu da əlavə etdi ki, mətbuatdakı dəyişiklikləri Azərbaycanın modernləşməsindən, iqtisadi inkişafından kənar təsəvvür etmək mümkün deyil. Bu gün ölkəmizdə bütün sahələrdə müşahidə olunan inkişaf mətbuat sahəsində də özünü göstərir.
Tədbirin sonunda Əli Əhmədov kütləvi informasiya vasitələrinin bir qrup əməkdaşına Yeni Azərbaycan Partiyasının mükafatlarını təqdim etdi. Tədbirdə YAP icra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı iştirak edirdilər.

{nl}

Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında