Sözümüzü döyüş meydanında deyəcəyik

N saylı hərbi hissənin nəzarət-buraxılış məntəqəsindən əraziyə daxil olanda xidmətə yenicə başlayan gənc əsgərlərin sıra hazırlığı məşğələsi keçdiklərini gördük.
- Ordu sıralarına yeni çağırılmış gənc əsgərlərə hərbi sirləri öyrətməyi təcrübəli zabit və manqa komandirlərinə tapşırmışıq, - deyə zabit Xanoğlan Babayev söhbətə başladı. - Bir qayda olaraq, onlar üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Müntəzəm olaraq gənc əsgərlərə keçirilən dərs və məşğələləri diqqətdə saxlayıram. Müşahidələr onu göstərir ki, məşğələlər səmərəli keçir. Mövcud əyani vəsaitlərdən, tədris otaqlarından yetərincə bəhrələnən zabitlər və manqa komandirləri təlim prosesində gənc əsgərlərə hərbi bilikləri hərtərəfli öyrətməyə çalışırlar.
Bax, görürsünüzmü, bir müddət əvvəl ordu sıralarına çağırılmış gənc əsgərlər sırada necə də gözəl addımlayır, verilən tapşırıqları səhvə yol vermədən yerinə yetirirlər. Bütün bunlar onu göstərir ki, həm gənc əsgərlər hərbi bilik və vərdişləri öyrənməyə maraq göstərir, həm də zabitlərimiz xidməti vəzifələrinə məsuliyyətlə yanaşırlar.
Gənc əsgərlərin hazırlığı ilə bağlı söhbətimi zabit Rəfael Əhədovla davam etdirdim. Öyrəndim ki, o, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbini bitirib. Uzun müddət cəbhə bölgəsində yerləşən hərbi hissədə xidmət edib. İndi isə xidmətini bu hərbi hissədə davam etdirir. Zabit R.Əhədov dedi ki, hansı işdə çalışırsansa-çalış, təcrübə, səriştə həmişə insanın köməyinə gəlir. Hərbi xidmətdə də belədir. Şəxsi heyətə məşğələlər, dərslər keçərkən həm təhsil illərində qazandığım bilik və səriştə, həm də hərbi xidmətdə əldə etdiyim təcrübələr hər addımda köməyimə gəlir.
Zabit R.Əhədov daha sonra dedi: Çalışıram ki, keçdiyimiz təlim-məşqlər səmərəli olsun. Çünki yüksək hazırlıqlı əsgər döyüşdə düşməni məhv etməyə və qələbə qazanmağa qadirdir.
Hərbi hissənin geniş meydanında sıra hazırlığı məşğələsi keçən gənc əsgərlərlə də görüşdüm. Xidmətlərinin ilk həftələrini yaşayan bu oğulların çöhrələrindən sevinc və bəxtəvərlik yağırdı. Gənc əsgər Cahandar Əhmədov dedi ki, Vətənə əsgər olmağıma çox sevinirəm. Günlər keçdikcə biz ordu həyatına alışırıq. Sağ olsunlar, həm zabitlər, həm də çavuşlar ki, böyük zəhmətə qatlaşaraq bizə hərbi bilikləri öyrədirlər. Mən də söz verirəm ki, Vətənə canla-başla xidmət edəcək, torpaqlarımızın keşiyində həmişə ayıq-sayıq dayanacağam. Gənc əsgərlərdən Qulu Quluyev, Vahid İbrahimov, Fariz Həsənov, Ozal Sadıqov, Fərhad Abbasov, Ruslan Əzimov, Elşad Həsənov və başqaları söhbət zamanı öz vəzifələrinin öhdəsindən layiqincə gələcəklərini, Vətənə sədaqətlə xidmət edəcəklərini bildirdilər.

{nl}

V.MƏMMƏDQULUOĞLU


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında