Milli Mətbuat Günü Qaradağ rayonunda da qeyd olundu

Dünən Qaradağ Rayon İcra Hakimiyyətində 22 İyul Milli Mətbuat Günü münasibəti ilə respublikanın qabaqcıl və tanınmış kütləvi informasiya vasitələri nümayəndələri ilə görüş keçirilmişdir.
Görüşdə çıxış edın rayon icra hakimiyyətinin başçısının müavini Zəfər Əliyev 137 illik zəngin tarixi olan Azərbaycan milli mətbuatının keçdiyi yola nəzər salaraq bildirdi ki, bu illərdə Azərbaycan mətbuatı özünəməxsus ənənələr yaratmış və şanlı jurnalistlər nəsli yetişdirmişdir. Mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabidən başlayaraq, Mirzə Kazım bəy, Cəlil Məmmədquluzadə, Əhməd bəy Ağayev, Üzeyir bəy Hacıbəyov, Əli bəy Hüseynzadə, Nəriman Nərimanov kimi böyük söz ustadları milli təfəkkürün inkişafı üçün misilsiz xidmətlər göstərmiş və öz qələmləri ilə xalqımızın maariflənməsinə böyük töhfələr vermişlər.
Sonra Z.Əliyev XX əsrin sonlarında Azərbaycanda milli azadlıq hərəkatının təşəkkülündə, müstəqilliyinin qazanılmasında da mətbuatımızın kəşməkəşli yol keçdiyini, sonrakı demokratik quruculuq prosesində həmişə öndə olduğunu tarixi faktlarla diqqətə çatdırdı.
Natiq həmçinin Azərbaycanda demokratik mətbuatın formalaşmasında, azad fikrin ifadəsi yolunda ulu öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlardan danışaraq bildirdi ki, bu dahi şəxsiyyət demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirmiş, Azərbaycanda senzuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək vermişdir. Çox əlamətdar və xoş haldır ki, onun mətbuatın inkişafına dövlət dəstəyi siyasətini hörmətli prezidentimiz İlham Əliyev də uğurla davam etdirmış, bu sahənin inkişafı üçün bir sıra vacib sərəncam və fərmanlar imzalamışdır.
Z.Əliyev mətbuatın inkişafı istiqamətində həyata keçirilən mötəbər tədbirlərdən birinin də məhz Milli Mətbuat Gününün hər il böyük çoşğu ilə bayram edilməsini bidirdi və bu gün bu münasibətlə iclas zalına toplaşan media nümayəndələrinin simasında bütün mətbuat işçilərini Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun adından və öz adından səmimi qəlbdən təbrik etdi. Jurnalist peşəsinin çətin və eyni zamanda şərəfli olduğunu deyən natiq bütün media nümayəndələrinə gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Sonda mətbuat nümayəndələrinə mükafatlar təqdim olundu.

{nl}

İlqar RÜSTƏMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında