Futbol yığmamız "B" qrupunda birinci

İsveçin Gotenburq şəhərində əqli imkanları məhdud olan anadangəlmə qüsurlu əlil futbolçularla sağlam futbolçuların birgə mübarizə apardığı "GOTHİA CUP" beynəlxalq futbol turniri başa çatmışdır. Qeyri-rəsmi olaraq, yeniyetmələrin dünya kuboku adlanan mötəbər turnirdə Avropa ölkələri xüsusi olimpiya komitələrinin futbol üzrə yığmaları, o cümlədən Azərbaycan Xüsusi Olimpiya Komitəsinin komandası da iştirak etmişdir. Ümumilikdə turnirə dünyanın 80 ölkəsindən 1625 komanda qatılmışdır. Oyunlar 6 qrup üzrə keçirilmişdir. Xüsusi olimpiya komitələrini təmsil edən 12 ölkədən 27 komanda arasında Azərbaycan yığması ən güclü "B" qrupunda çıxış etmişdir.
Finalda Litva, Latviya, Danimarka komandaları ilə qüvvəsini sınayan yığmamız "B" qrupunda birinci yerə layiq görülmüşdür.
Qalib komandalara kubok, medal və diplomlar verilmişdir.

{nl}

Dünya kubokunda "gümüş"
Ukraynanın Krım vilayətinin Feodosiya şəhərində free-fighting üzrə (qaydasız döyüş) dünya kuboku keçirilib.
Turnirdə dünyanın 30-dan çox ölkəsinin idmançıları qüvvələrini sınayıblar. Dünya kubokunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunmuş Raqif Həsənov 78 kq çəki dərəcəsində yüksək nəticə göstərib, gümüş medal qazanıb.

{nl}

Leyla QURBANOVA,"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında