Dövlət Neft Fondunun aktivləri artaraq 32.666 milyon ABŞ dollarına çatmışdır

İyulun 23-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) ilin birinci yarısının yekunlarına dair mətbuat konfransı keçirilmişdir.
Fondun icraçı direktoru Şahmar Mövsümov çıxış edərək ilin altı ayında əldə olunmuş nəticələr barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, 2012-ci ilin yanvar-iyun aylarında ARDNF-in büdcə gəlirləri 7391,9 milyon manat, büdcə xərcləri isə 4878,1 milyon manat təşkil etmişdir. İlin altı ayı ərzində fondun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 292,1 milyon manata bərabər olmuşdur.
ARDNF-in investisiya siyasətinə daxil edilən yeni investisiya alətlərinə dair görülmüş işlər barədə danışan fondun icraçı direktoru bildirmişdir ki, fondun vəsaitlərinin bu il üçün qızıla investisiya yatırma miqdarı investisiya portfelinin maksimum 5 faizi həddində müəyyən edilmişdir. Beləliklə də, Dövlət Neft Fondu cari ilin birinci rübündən etibarən qızılın alınmasına başlamışdır və iyulun 1-nə alınan qızılın miqdarı 6 ton 847 kiloqram təşkil etmişdir.
İyulun 1-nə Dövlət Neft Fondunun aktivlərinin ilin əvvəlinə nisbətən 9,6 faiz artaraq 32.666 milyon ABŞ dollarına çatdığını deyən Ş.Mövsümov valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı məlumat verərək, fondun büdcədənkənar xərcinin 289,2 milyon manat təşkil etdiyini vurğulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında