"Mətbuat günündə mətbuat söhbətləri"

Binəqədi Rayon İcra Hakimiyyətində mətbuat nümayəndələri ilə görüş keçirilmişdir. Milli mətbuatın yaranmasının 137-ci ildönümünə həsr edilmiş "Mətbuat günündə mətbuat söhbətləri" adlı "Dəyirmi masa"da aparıcı qəzetlərin baş redaktorları, agentliklərin direktorları, jurnalistlər, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tədbiri giriş sözü ilə açaraq əlamətdar gün münasibəti ilə tədbir iştirakçılarını təbrik etmişdir. İcra başçısı rayonda görülən abadlıq-quruculuq işləri, qarşıda duran vəzifələr, eyni zamanda rayon ərazisində planlaşdırılan yeni layihələr haqqında məlumat vermişdir.
Daha sonra mövzu ilə bağlı müzakirələr aparılmışdır. Tədbir iştirakçıları mətbuatın inkişafından söz açmış, mətbuata dövlət tərəfindən xüsusi qayğı göstərildiyi bildirilmişdir.
Tədbirdə Binəqədi rayonunun sosial-iqtisadi həyatını KİV-də mütəmadi işıqlandıran mətbuat nümayəndələri icra hakimiyyətinin qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.

{nl}

V. BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında