Macarıstan Dağlıq Qarabağda keçirilən üzdəniraq "prezident seçkilərini" tanımır

Macarıstan Avropa Şurasının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun iyulun 19-da Dağlıq Qarabağda keçirilmiş üzdəniraq "prezident seçkilərinin" tanınmaması haqqında bəyanatına qoşulur. 
AzərTAc Macarıstan XİN-in bəyanatına istinadla xəbər verir ki, rəsmi Budapeşt tərəfləri münaqişənin status-kvo çərçivəsindən çıxmağa imkan verə biləcək Madrid prinsipləri əsasında danışıqlar yolu ilə həllinin axtarılmasına dair səyləri fəallaşdırmağa çalışmışdır.
Rəsmi Budapeşt Avropa Şurasının münaqişənin dinc vasitələrlə danışıqlar yolu ilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı, habelə milli azlıqların hüquqlarına hörmət əsasında həllinə nail olunması barədə Aİ-nin ümumi mövqeyi ilə razıdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında