Heydər Əliyev Mərkəzi fəaliyyətini normal qaydada davam etdirir

İyulun 20-də səhər saatlarında Heydər Əliyev Mərkəzində yanğın baş vermişdir. Nəticədə mərkəzin muzey hissəsinin tavanı yanmışdır. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları tez bir zamanda yanğının yayılmasının qarşısını almışlar. Görülən tədbirlər nəticəsində Heydər Əliyev Mərkəzinin muzey hissəsinin tavanından başqa binanın içərisinə, zallara və digər yerlərə heç bir zərər dəyməmişdir. 
İyulun 21-də Heydər Əliyev Mərkəzində mətbuat nümayəndələrinə buradakı mövcud vəziyyət, yanğından sonra görülən işlər barədə məlumat verilmişdir. Bildirilmişdir ki, Heydər Əliyev Mərkəzi öz fəaliyyətini davam etdirir. Binanın tavanında quraşdırılan xüsusi konstruksiya kənar mexaniki təsirlərin və yağış sularının qarşısını alır. Buna görə də yanğının söndürülməsi zamanı istifadə olunan su binanın içərisinə keçməmişdir.
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov jurnalistlərə bildirmişdir ki, Mərkəzin daxilinə heç bir zərər dəyməmişdir və qurum fəaliyyətini normal qaydada davam etdirir.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov jurnalistlərə demişdir ki, yanğınsöndürənlərin yüksək peşəkarlığı nəticəsində yanğının Mərkəzin daxilinə nüfuz etməsinin qarşısı tamamilə alınmışdır. Yanğın zamanı xəsarət alan olmamışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında