Azərbaycan əhalisinin sayı 9,3 milyon nəfərə çatmışdır

Bu ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 59,3 min nəfər və yaxud 0,6% artaraq 2012-ci il iyul ayının 1-i vəziyyətinə 9 294,4 min nəfərə çatmışdır.
Dövlət Statistika Komitəsindən "APA-ECONOMICS"-ə verilən məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 107 nəfər olub. Əhalinin 52,9%-i şəhər, 47,1%-i isə kənd yerlərində məskunlaşıb və onların 49,6%-ni kişilər, 50,4%-ni qadınlar təşkil edir, 22%-i 0-14 yaşda, 72%-i 15-64 yaşda, 6%-i 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1000 kişiyə 1015 nəfər qadın düşür.
Bununla yanaşı, cari ilin yanvar-iyun ayları ərzində 86,4 min körpə doğulub və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 18,9-dan 19-dək artıb. Doğulanların 53,8%-i oğlanlar, 46,2%-i qızlardır. Körpələrin 896-sı əkiz, 24-ü isə üçəm doğulub.
Eyni zamanda cari ilin altı ayı ərzində ölkədə 28 min ölüm halı qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölüm eyni səviyyədə (6,1) qalaraq dəyişməyib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında