Gənc kimyaçılarla hesabat görüşü

"Azərikimya" İstehsalat Birliyinin akt zalında müəssisə və istehsalat rəhbərlərinin iştirakı ilə Türkiyənin "Petkim" şirkətində təcrübə keçmiş gənc kimyaçılarla hesabat xarakterli görüş keçirilmişdir.
Son illərdə neft-kimya sənayesinin bütün sahələr üzrə yeniləşdirilməsi və modernləşdirilməsi kursunu əsas götürmüş "Azərikimya" İB-də çalışan gənclərin peşəkarlığının yüksəldilməsi istiqamətində də ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir. Gənc mütəxəssislərin müasir tələblər səviyyəsində təkmilləşməsi, daha yüksək bilik və vərdişlərə yiyənlənməsi üçün onların nüfuzlu şirkət sayılan "Petkim"də təcrübə keçməsi artıq bir sistem halını almışdır. Ötən bir il ərzində "Azərikimya" İB-nin 40-a yaxın gənc mütəxəssisi Türkiyənin Avropa standartları səviyyəsində yaradılmış neft-kimya müəssisələrində uzunmüddətli ezamiyyətdə olmuş və zəruri təcrübə əldə etmişdir.
Hesabat görüşündə bildirildi ki, "Petkim"də neft-kimya texnologiyası, mexanika, energetika, metrologiya, informasiya texnologiyaları və s. sahələr üzrə təcrübə keçmiş gənc mütəxəssislər sonradan çalışdıqları istehsalat sahələrinin müasir tələblərə uyğunlaşdırılması, mütərəqqi texnologiyanın tətbiqi sahəsində fəallıq nümunəsi göstərmiş, səmərəli təkliflər vermiş və onları uğurla həyata keçirmişlər. Gənc mütəxəssislər həmçinin əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları ilə bağlı "Petkim"də xüsusi kurs və təlimatlar keçmişlər.
Tədbirdə gənc mütəxəssislərin texnoloji avadanlıqların istehsal güncündən maksimum istifadə olunmasına yönəlmiş fəaliyyətinin dəstəklənməsinin vacibliyi vurğulanmışdır.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında