Səbaillilərin milli mediamıza ehtiramı

Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Milli Jurnalistika Günü ərəfəsində birgə keçirdiyi toplantıda "Mətbuat - cəmiyyət münasibətlərinin inkişafı" mövzusu diqqət mərkəzində oldu.
Rayon ictimaiyyəti nümayəndələrinin və ölkənin aparıcı KİV təmsilçilərinin toplaşdığı məclisi giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov media işçilərini Azərbaycan Milli Mətbuatının yaranması - ilk anadilli qəzet "Əkinçi"nin nəşrə başlamasının 137-ci ildönümü və həmin tarixlə bağlı olan 22 İyul Milli Jurnalistika günü münasibətilə təbrik etdi. Natiq ölkədə informasiya bolluğunun, ictimai-siyasi şəffaflığın yaradılmasında, söz azadlığı prinsiplərinin bərqərar olunmasında medianın oynadığı misilsiz roldan məmnunluqla söz açdı, mətbuat və cəmiyyət münasibətlərinin gündəmdə olan yönləri barədə mülahizələrini söylədi.
Başçı daha sonra bildirdi ki, ölkənin icra qurumlarının qarşısında duran vəzifələrin uğurla yerinə yetirilməsində KİV-in informativ, səfərbəredici, təşviqedici rolu böyükdür və Səbail rayonu bu baxımdan jurnalistlərlə ünsiyyəti artırmağa daim önəm verir. Asif Əsgərov media qurumlarını bir daha paytaxtın mərkəzi rayonu ilə sıx əməkdaşlığa dəvət etdi.
KİV-lərə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Azərbaycan milli mətbuatının 137 illik tarixini xalqımızın milli oyanışı, tərəqqisi, milli dövlətçiliyin bərpası uğrunda mübarizə kontekstində səciyyələndirdi, müstəqillik illərində jurnalistikamızın inkişafına göstərilən dövlət himayəsi barədə ətraflı məlumat verdi. O bildirdi ki, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin milli jurnalistikamızın inkişafı, problemlərinin həlli ilə bağlı həyata keçirdikləri ardıcıl tədbirlər ölkəmizdə azad, demokratik medianın sürətlə formalaşmasını təmin etmişdir. Bu gün söz azadlığı vətəndaş cəmiyyətinin tarixi nailiyyəti kimi onun gələcək uğurlarına da xidmət edir.
V.Səfərli rəhbərlik etdiyi qurumun 3 illik uğurlu fəaliyyəti, media - cəmiyyət münasibətlərinin ahəngdarlığı, jurnalistlərin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlər barədə də söz açdı. Fond rəhbəri qeyd etdi ki, Zərdabi ənənələrinə və Heydər Əliyev ideyalarına həssaslıq göstərən jurnalistikamız professional inkişaf yolundadır, demokratik dəyərlərə xidmətini artırmaqdadır.
Görüşdə çıxış edənlər media-cəmiyyət münasibətlərini dərinləşdirmək və genişləndirməklə bağlı mülahizələrini söylədilər, milli jurnalistikamıza bu yöndə yeni uğurlar arzuladılar.
Sonda Səbail rayonu həyatının KİV-də işıqlandırılmasında seçilən bir qrup jurnalistə hədiyyələr təqdim olundu.

{nl}

R.TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında