Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq Heydər Əliyev Mərkəzində baş vermiş yanğın hadisəsi ilə bağlı məlumat yaymışdır

İyulun 20-də saat 11:30 radələrində Bakı şəhəri, H.Əliyev prospektində yerləşən Heydər Əliyev Mərkəzinin muzey hissəsinin tavanında yanğın baş verməsi haqqında məlumat daxil olmuşdur.
Fövqəladə Hallar Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərindən AzərTAc-a daxil olmuş birgə məlumatda deyilir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti və maşın, mexanizm, helikopterləri cəlb edilməklə yanğının qarşısı alınmış, alovun genişlənməsinə və binanın içəri hissəsinə keçməsinə imkan verilməmişdir.
Heydər Əliyev Mərkəzinin tavanından başqa, binanın içərisinə, zallarına və digər yerlərinə heç bir zərər dəyməmişdir. Yanğınsöndürənlərdən və binanın mühafizə işçilərindən xəsarət alan olmamışdır.
Yanğının başvermə səbəblərinin istintaq yolu ilə araşdırılması məqsədi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (yanğın təhlükəsizliyi qaydalarının pozulması) Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanmış, istintaq-əməliyyat qrupunun tərkibinə Fövqəladə Hallar Nazirliyinin Yanğınların təhqiqatı və sınaq laboratoriyasının mütəxəssisləri, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri və digər hüquq mühafizə-orqanlarının təcrübəli əməkdaşları daxil edilmişdir.
Yanğının başvermə səbəbləri və araşdırmanın nəticələri haqqında ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında