ATƏT-in Minsk qrupunun həmsədr ölkələri qondarma "Dağlıq Qarabağ Respublikası"nı müstəqil və suveren dövlət kimi tanımır

ATƏT-in Minsk qrupunun həmsədrləri - Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) və Jak For (Fransa) qondarma "Dağlıq Qarabağ Respublikası" separatçı rejiminin iyulun 19-da keçirdiyi "prezident seçkiləri "ilə bağlı iyulun 20-də bəyanatla çıxış etmişlər. 
ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda həmsədrlər qeyd etmişlər ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən heç biri Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır. Həmsədrlər vurğulamışlar ki, iyulun 19-da keçirilmiş "seçki"lər heç bir vəchlə Dağlıq Qarabağın status hüququnu həll etmir və münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində Azərbaycan və Ermənistan arasında aparılan danışıqlara təsir göstərə bilməz.

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri 
Paris

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında