Fransalı mütəxəssislər Geologiya İnstitutunda əməkdaşlıq imkanlarını müzakirə etmişlər

"IFP Energies Nouvelles" şirkətinin beynəlxalq əlaqələr idarəsinin direktoru Daniel Çamplon və onun müavini Yolande Rondot Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunda olmuşlar. Qonaqları institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik Akif Əlizadə və digər alimlər qarşılamışlar. Görüş zamanı iki təşkilat arasında neft və qaz sahələrində elmi əməkdaşlıq imkanları müzakirə edilmişdir.
Sonra Geologiya İnstitutunun şöbə müdirləri - AMEA-nın müxbir üzvü Əkpər Feyzullayev və geologiya-mineralogiya elmləri namizədi Dadaş Hüseynov fransalı mütəxəssislərə institutda aparılmış müvafiq tədqiqatların nəticələri və nəzərdə tutulmuş planlar barədə ətraflı məlumat vermişlər. Qonaqlar institutda aparılan və aparılması nəzərdə tutulan tədqiqatları müsbət qiymətləndirmiş və bu işlərin müştərək davam etdirilməsini, institutun gənc alimlərini Fransadakı şirkətin təlim xarakterli layihələrinə cəlb etməyi məqsədəuyğun hesab etmişlər.
Qeyd edək ki, "IFP Energies Nouvelles" enerji, nəqliyyat və ətraf təbii mühit sahələrində ictimai araşdırmalar, innovasiya və təlim mərkəzidir.

{nl}

Səadət RZAYEVA, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında