Azərbaycanın dinamik inkişafı, dünyada artan nüfuzu daim diqqət mərkəzindədir

"Azərbaycan dinamik inkişaf edir. Son bir neçə ildə üçüncü dəfədir Bakıya gəlirəm. Hər səfərimdə gördüyüm inkişaf, yenilik məni heyran edir. Paytaxt Bakı çox dəyişmiş və gözəlləşmişdir".
Bu sözləri ölkəmizdə səfərdə olan Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Lord Laird iyulun 19-da Milli Məclisin sədri Oqtay Əsədovla görüşdə söyləmişdir.
Oqtay Əsədov demişdir ki, Azərbaycan-Böyük Britaniya əlaqələrinin dərin tarixi kökləri vardır. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra münasibətlərimiz keyfiyyətcə yeni məna və əhəmiyyət kəsb etmişdir. Dövlətlərarası münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyev ikitərəfli əlaqələrimizin daha da dərinləşməsinə böyük önəm verir. Siyasi dialoqun davamlı olaraq aparılması iqtisadi sahəyə də öz müsbət təsirini göstərməkdədir. İnanırıq ki, bu səfər həm parlamentlər arasında, həm də digər sahələrdə əməkdaşlığımızın daha da genişlənməsinə xidmət edəcəkdir.
Sonra O.Əsədov Milli Məclisin strukturu, fəaliyyəti, qəbul etdiyi qərar və qanunlar, ölkənin hərtərəfli inkişafındakı rolu barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Milli Məclis beynəlxalq münasibətlərə və parlamentlərarası əlaqələrə də xüsusi diqqət yetirir. Avropa Şurası, Avropa İttifaqı, Avropa Parlamenti, NATO Parlament Assambleyası, ATƏT Parlament Assambleyası və onlarla belə nüfuzlu beynəlxalq təşkilat ilə əməkdaşlıq edən Milli Məclisdə xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə 70-dən çox işçi qrupu fəaliyyət göstərir.
Lord Laird Azərbaycanın iqtisadi inkişafını, dünyada artan nüfuzunu yüksək qiymətləndirdiklərini bildirmişdir. O demişdir ki, Böyük Britaniya parlamenti də Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verir. Azərbaycanın dinamik inkişafı, dünyada artan nüfuzu daim diqqət mərkəzindədir. Qonaq xaricdə təhsil alan azərbaycanlı gənclərin ölkənin tanıdılması istiqamətində gördükləri işləri də yüksək dəyərləndirmişdir.
Görüşdə, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı səfərlərin əhəmiyyəti, dostluq qruplarının fəaliyyəti, regionda və dünyada gedən proseslər və tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında