Beynəlxalq aləm Ermənistana ciddi təzyiq göstərməlidir

"Dağlıq Qarabağda keçirilən "prezident seçkiləri" qeyri-qanunidir və rəsmi Bakı bu barədə dəfələrlə bəyan edib"
"Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində qondarma prezident seçkilərinin keçirilməsinə münasibət bildirən Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "SalamNews"a açıqlamasında demişdir.
"Çünki Dağlıq Qarabağ problemi məsələsi həll olunmamış, bu cür seçkilərin keçirilməsi danışıqlar prosesinə mənfi təsir göstərir. Ermənistan bu cür seçkilərin keçirilməsi ilə danışıqlar prosesində qeyri-konstruktivliyini nümayiş etdirir. Bu səbəbdən Dağlıq Qarabağdakı "prezident seçkilərinə" görə Azərbaycan ATƏT-in Minsk Qrupuna, o cümlədən nizamlanma prosesi ilə məşğul olan bütün beynəlxalq təşkilatlara etiraz notasını ünvanlayacaq. Xüsusən ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya, Fransa və ABŞ Dağlıq Qarabağ bölgəsində qondarma prezident seçkilərini pisləməlidirlər".
Administrasiya rəsmisinin sözlərinə görə, onlar təcili olaraq erməni tərəfinə etiraz səslərini çatdırmalı, bu cür "seçkilərin" danışıqlar prosesinə mənfi təsir göstərəcəyini bildirməlidirlər: "Ümumiyyətlə, bütün beynəlxalq təşkilatlar Ermənistanın bu addımını pisləməli və qonşu ölkəyə təzyiq göstərməlidirlər".
Əli Həsənov birmənalı olaraq hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana və status müəyyən edilməyənə qədər bu bölgədə seçkilər keçirilə bilməz.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında