Dünyanın ən böyük gerbi Bakıda

Azərbaycanın paytaxtı Bakıda tikilməkdə olan "Bayraq meydanı"nda tamamlanma işləri gedir. İki ildən artıqdır inşası davam edən meydan bir çox özəllikləri ilə seçilir. Meydan Azərbaycan Respublikasının dövlət atributlarını özündə birləşdirən bir məkan olacaqdır. Ərazidə üçrəngli Azərbaycan bayrağı dünyanın ən hündür dayağında - 162 metrlik yüksəklikdə dalğalanacaqdır. Burada digər dövlət simvolu olan gerbin də təsviri yerləşdiriləcəkdir.
Meydana yaraşıq verən dövlət gerbinin hazırlanması mürəkkəb proses əsasında başa gəlmişdir. Belə ki, gerbin tökülməsi üçün xüsusi bürüncəritmə sobaları inşa edilmiş, qəliblər düzəldilmişdir. Bürüncdən hazırlanan gerb öz parametrləri ilə diqqəti cəlb edir. 200 kvadratmetrə qədər sahəni əhatə edən gerbin çəkisi 15 tondur. Hündürlüyü 11 metr olan gerbin eni 9 metrdir. Gerb müasir texnologiya əsasında hissələrə bölünməklə bürüncdən tökülmüşdür. Amma o meydana bütöv şəkildə daşınacaqdır. Nəhəng öçülərə malik gerbin "Bayraq meydanı"na gətirilməsi prosesi isə çətin sınaqlardan biri olacaqdır. Çünki ölçülərinin nəhəngliyi onun meydana nəqlini nə yük maşını, nə də vertalyotla mümkün edir. Ona görə də dünyanın ən ağır və ən böyük gerbi hesab edilə bilən bu dövlət simvolu əraziyə dəniz yolu ilə daşınacaqdır. Bunun üçün yükqaldırma qabiliyyəti 50 ton ağırlığında olan, suda hərəkət edən xüsusi platforma hazırlanmışdır. Gerbin əraziyə iyun ayının sonuna qədər gətirilməsi planlaşdırılır.
Üç aya ərsəyə gələn gerb dünyanın nəhəng ölçüdə olan dövlət rəmzi hesab oluna bilər. Xəzər sahilində salınan və dövlət rəmzlərini birləşdirən bu meydan unikallığı ilə də diqqəti cəlb edir. Analoqu olmayan layihə əsasında reallığa çevrilən bu gerb dünya rekorduna imza atmağa iddialıdır.

{nl}

"Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında