Dövlət Sərhəd Xidmətinin Səngəçal qəsəbəsində yerləşən N saylı hərbi hissəsinin anbarında baş vermiş yanğın söndürülmüşdür

İyulun 19-da səhər saat 7 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Səngəçal qəsəbəsində yerləşən N saylı hərbi hissəsinin anbarında yanğın baş vermişdir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) və DSX-nin mətbuat xidmətlərinin yaydıqları birgə məlumatda deyilir ki, yanğının söndürülməsi üçün FHN-in xüsusi dəstələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Xüsusi texnikanın və aviasiyanın köməyi ilə görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınmış və alov tam söndürülmüşdür.
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, DSX-nin rəisi, general-leytenant Elçin Quliyev və hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev hadisə yerində olmuşlar.
Baş vermiş hadisə ilə əlaqədar FHN-in, DSX-nin və Hərbi Prokurorluğun əməkdaşları araşdırma aparırlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında