Sığorta hadisəsi baş vermiş "Royal Bank" ASC-nin əmanətçilərinin N Ə Z Ə R İ N Ə!

Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqətinə çatdırır ki, 7 avqust 2007-ci ildən fonda üzv olan "Royal Bank" ASC-də 16 iyul 2012-ci il tarixində sığorta hadisəsi baş vermişdir.
Fondun Himayəçilik Şurasının 18 iyul 2012-ci il tarixli qərarına əsasən sığorta hadisəsi baş vermiş "Royal Bank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bank olaraq "Muğanbank" ASC, "Bank Respublika" ASC və "AGBank"ASC seçilmişdir.
1 avqust 2012-ci il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fondu seçilmiş agent banklar vasitəsi ilə sığorta hadisəsi baş vermiş "Royal Bank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənişinə başlayacaqdır.
Seçilmiş agent bankların kompensasiyaların ödənilməsində iştirak edəcək filialları, onların ünvanları və əlaqə telefonları barədə əlavə məlumat veriləcək.
Sığorta hadisəsinə görə fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.
Əlavə məlumatları fondun rəsmi internet səhifəsi olan www.adif.az saytından və ya fondun Bakı şəhəri, Bülbül prospekti, 40 ünvanında yerləşən ofisindən əldə edə bilərsiniz.
Məlumat almaq üçün fondun əlaqə nömrələri: (012) 596 65 91/92/93 və "941" qaynar xətt.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında