Rumıniya Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni tanımır

Rumıniyanın Xarici İşlər Nazirliyi qondarma "Dağlıq Qarabağ Respublikası"nda keçirilmiş "prezident seçkiləri" ilə bağlı iyulun 19-da bəyanat yaymışdır.
Bəyanatda bildirilir: "Xarici İşlər Nazirliyi 2012-ci il iyulun 19-da qondarma "Dağlıq Qarabağ Respublikası"nda keçirilmiş "prezident seçkiləri"ni qanunsuz hesab edir. Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ regionunun müstəqilliyini tanımamaqla bağlı hər zaman dəstəklədiyi prinsipial mövqeyini bir daha təsdiqləyir. Xarici İşlər Nazirliyi, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətini, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının asanlaşdırılmasında birgə səylərini dəstəklədiyini bir daha bəyan edir. Münaqişənin danışıqlar yolu ilə həllinin tapılmasında müvafiq tərəfləri səylərini artırmağa təşviq edir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında