Şərur Rayon Təhsil Şöbəsi üçün yeni bina istifadəyə verilmişdir

Milli Qurtuluş Günü ərəfəsində Şərur Rayon Təhsil Şöbəsinin inzibati binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov rayon təhsil şöbəsinin kollektivini yeni inzibati binanın açılışı münasibətilə təbrik edərək demişdir ki, təhsil şöbəsi 59 ümumtəhsil məktəbini, məktəbdənkənar müəssisəni, 10 min 989 şagirdi, 1728 müəllimi birləşdirən böyük bir şəbəkəyə malikdir. Son 15 ildə Şərur rayonunda 9444 şagird yerlik 26 məktəb binası tikilmiş, yaxud da yenidən qurularaq istifadəyə verilmişdir. Hazırda 3 məktəbdə tikinti və yenidənqurma işləri davam etdirilir.
Azərbaycan Prezidentinin müvafiq sərəncamına uyğun olaraq məktəblərin kompyuterləşdirilməsi işi də uğurla həyata keçirilir. Rayonun məktəblərində 529 kompyuter quraşdırılmış, onların 412-si internet şəbəkəsinə qoşulmuşdur.
Təhsil sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq ümumtəhsil məktəblərində 56 elektron lövhə quraşdırılaraq müəllim və şagirdlərimizin istifadəsinə verilmişdir. Rayonun məktəblərində 310 mindən çox dərslik və bədii ədəbiyyat toplanmışdır. Bütün bunlar əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan təhsil sistemində islahatların məntiqi davamıdır.
Cari tədris ilində rayonda 781 məzun orta məktəbi bitirmişdir. Onların 499 nəfəri sınaq testlərində iştirak etmişdir. İştirakçı şagirdlərin 221-i keçid balı toplamış, 19 nəfər 500-700 intervalında bal toplamışdır.
Sonra yeni binaya baxış keçirilmişdir.
Yenidən qurularaq rayonun təhsil işçilərinin istifadəsinə verilən ikimərtəbəli inzibati binada 18 otaq vardır. 80 nəfərlik iclas zalı, iş otaqları yeni mebel və digər avadanlıqla təchiz edilmişdir. Qış mövsümündə binanın istiliklə təmin olunması üçün qazanxana quraşdırılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında